Azərbaycan müxalifətindən erməni müxalifətinə əks REAKSİYA

18:02 08-04-2022 | icon 392 | Siyasət
Azərbaycan müxalifətindən erməni müxalifətinə əks REAKSİYA

Arzuxan Əlizadə: “Bu aksiya “sülhün bağlanmasının qarşısında olacağıq” mesajıdır”

 

Ermənistan öz sərsəm iddialarından əl çəkmir. Brüssel danışıqları ərəfəsində Qarabağla bağlı iddialı şüarlar səsləndirən erməni ictimaiyyəti hökumət binası qarşısında keçirdikləri aksiya ilə bir daha deyilənləri təsdiq etdi. Yenə “artsax” iddiası, “Qarabağı tanıyın”, “Ermənistan Qarabağın təhlükəsizliyinin təminatçısıdır”, “Bu gün – Qarabağ, sabah – Zəngəzur, növbəti – İrəvan” sözləri yazılmış plakatlarla Brüsseldə təəssürat oyatmağa çalışdılar.

 

Azərbaycan siyasi partiyalarının adekvat reaksiyası nə olmalıdır?

 

AMİP sədri Arzuxan Əlizadə açıqlamasında bildirib ki, erməni ictimaiyyətinin cəfəng çıxışları Brüssel danışıqlarına təsir etmək xarakteri daşısa da, heç bir əhəmiyyət kəsb etmir. Onun sözlərinə görə, Ermənistanda keçirilən aksiya Azərbaycanın öz torpaqları üzərində suverenliyinin təmin edilməsi baxımından qəti addımlar atmasını reallaşdırır. Partiya sədri bildirib ki, 30 illik erməni işğalına qarşı başlanan 44 günlük müharibədə birlik nümayiş etdirən partiyalar ölkəmizə qarşı yönələ biləcək hallara qarşı daim bir yerdədir və lazımı anda ordumuzla birlikdə öz qəti mövqeyini sərgiləyəcək.

 

A.Əlizadə hələ ki, diplomatik müstəvidə aparılan danışıqlar yolu ilə müsbət irəliləyişə nail olunacağını gözlədiklərini deyib:

 

“Ermənilərə mitinqlə deyil, birgə bəyanatlarla cavab verilməlidir. Siyasi partiyalar bu gün daha çox bir olmalıdır”.

 

A.Əlizadə Ermənistanda keçirilən etiraz mitinqini erməni havadarlarının fəaliyyəti hesab etdi:

 

“Rusiya bu danışıqlar prosesində özünün  kənarda qalmasından narahatdır. Rusiya regionda yaratdığı bu problemi özünün inhisarından vermək istəmir. Ermənistanda keçirilən aksiya Rusiyanın maraqları, diqtəsi ilə keçirilib. Bilirik ki, Ermənistan qondarma qurum, Rusiyanın forpostu formatında olan dövlət olaraq Rusiyadan gələn tapşırıqlarla həll olunur. Paşinyan özünü Qərbə meyilli siyasətçi kimi təqdim etsə də, Rusiyadan gələn tapşırıqlara xüsusi diqqət yetirir. Biz görüş ərəfəsində gördük ki, erməni müxalifəti bir qədər də aktivləşdi. Bu qüvvələr Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə barışmaq istəmirlər”.

 

A.Əlizadə bildirib ki, erməni müxalifətinin bu cür mitinq təşkil etməsi Paşinyana təzyiq, Rusiyaya, Qərbə, Azərbaycana olan “sülhün bağlanmasının qarşısında olacağıq” mesajıdır:

 

“44 günlük müharibədə məğlub olub üçtərəfli sazişə imza atan Ermənistan indi fərqli ritorika ilə çıxış edir. Ermənistan masaya həmin tələblərlə oturacaqsa, heç nəyə nail olmayacaq. Üçtərəfli sazişə əsasən götürülən öhtəliklərin heç biri yerinə yetirilməyib. Dəmir yumruqla nəticədə kapitulyasiyaya imza atan ermənilər, indi Qarabağın müstəqil olmasından, qondarma qurumun dövlətə çevrilməsindən, ərazi iddialarından danışırlar. Ona görə də Azərbaycan torpaqların işğaldan azad olunmasını öz ordusunun öz gücünə reallaşdırdısa, lazım gəlcəyi təqdirdə onu yenidən istifadə edə bilər. Və bu prosesdə siyasi partiyaların mövqeyi də dəyişməzdir”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR