Məşhur falçının oğlunun evi yandı

16:35 13-04-2022 | icon 678 | Hadisə
Məşhur falçının oğlunun evi yandı

APA-nın məlumatına görə, dünən axşam saat 8 radələrində rayonun Şuvi kənd sakini, 1983-cü il təvəllüdlü Şaban Məmmədsəfa oğlu Məmmədova məxsus, ümumi sahəsi 600 kvadratmetr olan evdə yanğın olub.

 

Doqquz otaqlı ev içindəki əşyalarla birgə yanıb. Hadisə zamanı evdə qonaqlarla birgə 15 nəfər olub. Hadisədən əvvəl elektrik sayğacının açarı avtomatik olaraq sıradan çıxıb və elektrik naqillərində qısaqapanma baş verib. Yanğın mansarddan başlayaraq sürətlə yayılıb.

 

Hadisə yerinə FHN-in Cənub Regional Mərkəzinin Astara Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Küləkli hava şəraitinə baxmayaraq, yanğınsöndürənlərin səyləri nəticəsində yanğının ətrafdakı evlərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Məlumata görə, evi yanan şəxs məşhur falçı, mərhum Məmmədsəfa Məmmədovun oğludur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...