Deputat: "Qazaxıstanda ermənilər yerli əhaliyə qarşı aqressiyalarını gizlətmirlər"

12:13 08-01-2019 | icon 419 | Siyasət
Deputat: "Qazaxıstanda ermənilər yerli əhaliyə qarşı aqressiyalarını gizlətmirlər"

 

"Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində bir qrup erməninin yerli sakini qətlə yetirməsi sıradan bir hadisə deyil, bu, əslində həmin ölkədəki erməni icmasının özünü yerli əhaliyə qarşı çox aqressiv aparmasının nəticəsidir"

Versus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə  Qazaxıstanda baş verən hadisələrlə bağlı deyib.

O qeyd edib ki, hər bir gəlmə xalq istər-istəməz yerli adət-ənənələrə hörmətlə yanaşır və yerli əhali ilə normal münasibətlər qurmağa çalışır: "Ancaq gördüyümüz kimi, Qazaxıstanda ermənilər biznesdə, eyni zamanda, ictimai həyatda yer tutmalarına baxmayaraq, yerli əhaliyə qarşı aqressiyalarını gizlətməyə çalışmırlar və bunun nəticəsi olaraq Yeni il gecəsi qətl hadisəsi baş verdi".

Deputat vurğulayıb ki, Qazaxıstanda yerli sakinlərin ayağa qalxması, erməni icmasının nümayəndələrinin ölkədən çıxarılmasını tələb etməsi artıq qazaxların ermənilərin hərəkətlərindən boğaza yığıldıqlarını göstərir:

"Ümumiyyətlə, birinci dəfə deyil ki, erməni icmasının nümayəndələri yaşadıqları ölkənin yerli əhalisinə qarşı belə münasibət göstərirlər. Vaxtaşırı olaraq ermənilərin yaşadıqları ölkələrdə yerli sakinlərə qarşı kobud hərəkəti, qətl törətməsi faktlarına rast gəlirik".

A.Mirzəzadə xatırladıb ki, vaxtilə Rusiya imperiyası tərəfindən Azərbaycan torpaqlarına köçürülən ermənilər sonradan bizim torpaqlara da iddia etdilər: "Qədim Azərbaycan torpaqlarında dövlət qurub azərbaycanlıları etnik təmizləməyə məruz qoydular. Hələ bu azmış kimi, Azərbaycana qarşı hərbi əməliyyatlar apararaq torpaqlarımızın 20 faizini işğal etdilər. Yəni ermənilərin milli düşüncəsində başqa millətlərə münasibətdə olan qüsurlar bu gün özünü bu və ya digər formalarda göstərir və Qazaxıstanda baş verən hadisə də buna bir nümunədir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR