Türkiyənin qərbində Bursa şəhərində avtobusun partlaması nəticəsində ən azı bir nəfər ölüb, dörd nəfər yaralanıb.
DHA agentliyinin məlumatına görə, hadisənin terror aktı olması versiyası mümkün ehtimallar sırasındadır.
Hadisə 20 aprel tarixində, saat 07:30 radələrində baş verib. Yerli istintaq təcridxanasının əməkdaşlarının olduğu avtobusda naməlum səbəblərdən partlayış baş verib. İstintaq orqanları tərəfindən baş verənlər araşdırır.
Bursa vilayətinin qubernatoru Yakup Canpolat jurnalistlərə bildirib ki, ilkin məlumatlara görə, partlayıcını aktivləşdirmək üçün uzaqdan idarə olunan əldəqayırma cihazlardan istifadə edilib.