“Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ münaqişəsi” və Minsk Qrupu həmsədrləri yoxdur"

09:30 25-04-2022 | icon 704 | Geopolitika
“Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ münaqişəsi” və Minsk Qrupu həmsədrləri yoxdur"

 

Artıq “Dağlıq Qarabağ” bölgəsi, “Dağlıq Qarabağ münaqişəsi” olmadığı kimi, ATƏT-in Minsk Qrupu həmsədrləri də yoxdur. De-fakto onlar özlərini buraxıblar – ABŞ nümayəndəsi, Rusiya təmsilçisi artıq özlərini “həmsədr” kimi təqdim etmirlər. Fransa da öz nümayəndəsinin səfəri ilə bağlı Azərbaycan tərəfinə təqdim etdiyi müraciətdə “həmsədr” ifadəsini işlətməyib. Baş verən proses regiondakı vəziyyəti nə dərəcədə Azərbaycanın maraqlarının təmin olunması baxımdan münbit edir?

 

 

Fransanın və ABŞ ın nümayəndələrinin Ermənistana tam fərqli statusda səfər etməsi nəyi ifadə edir?

 

Siyasi şərhçi Aytən Qurbanova Versus.az-a şərhində bildirib ki, proseslərin inkişaf istiqaməti onu göstərir ki, Azərbaycan öz maraqlarını təmin etmək üçün kifayət qədər qətiyyətli addımlar atır. 10 noyabr bəyanatından sonrakı dövrdə ilk gündən etibarən Minsk qrupunun faktiki olaraq olmadığını və artıq münaqişə bitdiyi üçün heç bir halda onun vasitəçiliyinə ehtiyac olmayacağını bəyan edən Azərbaycan Respublikası, nəhayət ki, bu reallığın həmsədr dövlətlər tərəfindən də qəbul edilməsinə nail olub. Düzdür, Ermənistan tərəfi hər vəchlə Minsk Qrupunu yenidən danışıqlar prosesinə cəlb etməyə cəhd etsə də, buna nail olması qeyri-mümkündür”.

 


A.Qurbanovanın sözlərinə görə, artıq həmsədr ölkələr sülh danışıqalarından kənarda qalmamaq üçün yeni yaranmış reallığa uyğun olaraq öz nüməyəndələri səviyyəsində tərəflər arasında vasitəçilik etməyə çalışırlar.

 

“Bu yeni formatın nə qədər uğurlu olacağını gələcək göstərəcək, ancaq əminliklə deyə bilərik ki, istənilən halda Azərbaycan Respublikasının öz maraqlarını təmin etmək üçün nümayiş etdirdiyi qətiyyətli mövqe dəyişməz olaraq qalacaq. Keçmiş həmsədr ölkələrin ayrı-ayrılıqda prosesdə iştirakının uğurlu olması üçün isə əsas şərt, təbii ki, bundan sonrakı mərhələdə onların hansı səviyyədə beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqe nümayiş etdirmələrindən asılıdır”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı