Laçında itkin düşən hərbçilərlə bağlı AÇIQLAMA


Laçında itkin düşən hərbi qulluqçuların axtarışı davam edir.
Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunun martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.
“Yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir”, - qeyd olunub.

Xəbər lenti

"Düşməni yerində oturtdu, Ermənistan cəmiyyətini silkələdi..."-MÜSAHİBƏ
Bəhruz Məhərrəmov: “Dəyişən o təsisatlar deyil, dəyişən Azərbaycandır, Azərbaycanın yaratdığı reallıqdır”