"Çənlibeldən Göyçəyə" işıq üzü gördü


Qərbi Azərbaycanın - Göyçə mahalının dəyərli övladı Koroğlu Qasımov haqqında ilahiyyatçı-yazar Tural Irfanın "Çənlibeldən Göyçəyə" kitabı artıq işıq üzü gördü.
Versus.Az-ın məlumatına görə, Qədim və ulu yurd yerlərimizdən olan Göyçə mahalının Nərimanlı kəndində dünyaya göz açmış, tanınmış Hacı Alı nəslinin nümayəndəsi, Qarabağ qazisi, uzun müddət müxtəlif yerlərdə, hüquq mühafizə orqanlarında şərəf və şücaətlə yüksək vəzifələrdə xidmət göstərmiş, xeyirxah, vətənpərvər, şərəfli insan olan Koroğlu Qasımovun 50 illik yubileyi münasibəti ilə Tural Irfanın yazdığı "Çənlibeldən Göyçəyə" adlı 272 səhifəlik kitabda Göyçə mahalı və Nərimanlı kəndi haqqında, Koroğlu Qasımovun məşhur nəsil şəcərəsi, ulu babası-xeyirxah və müdrik şəxsiyyət olmuş Hacı Alı, o dövrdə mahalın ədalətli idarəçiliyində böyük rolu olmuş Qlava Balı, Musa Qasımov habelə, onun oğlu, Göyçə mahalında öz xeyirxahlığı, xalqa xidməti, səxavəti, mərdliyi ilə ad-san qazanmış Becan Qasımov və onun dəyərli övladı Koroğlu Qasımov haqqında məqalələr, müsahibələr, şeirlər yer alıb.
Koroğlu Qasımov keçdiyi 50 illik ömür yolunda dövlətimizə, ərazi bütövlüyümüzə, xalqımıza əvəzsiz xidmətlər göstərib.
Kitabın bədii redaktoru və ön söz müəllifi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı, analoq.az saytının baş redaktoru Savalan Talıblıdır.
Versus.Az

Xəbər lenti

Prezidentin rəsmi "Facebook" səhifəsində Heydər Əliyevin anım günü münasibətilə paylaşım edilib
"Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir" sitatı gətirilib
Milli inkişaf strategiyasının müəllifi
Atəşkəs 22 dəfə pozuldu
UEFA Çempionlar Liqasında növbəti qrup mərhələsi başa çatıb
Beynəlxalq hava limanının yaxınlığına iki raket düşüb
"Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm"
AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib
DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək
"Azərbaycan vətəndaşları Türkiyə xəstəxanalarında güzəştlərə malik olacaq"
"AB Dağlıq Qarabağ münaqişəsini həll edən deyil..."
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili fərdi yaşayış evləri ilə təmin olundu
"Rəsmi kanallar çərivəsində irəliləyiş olmasa..."
"Münaqişə həll olunandan sonra ermənilərlə Qarabağda sülh şəraitində yaşamağa hazırıq"
Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlıq genişlənir
Sabah yağış yağacaq
ALDP seçkilərlə bağlı qərarını verdi
İrəli
