Çörək istehsalçısı cəzalandırıldı

13:59 04-05-2022 | icon 639 | Sosial
Çörək istehsalçısı cəzalandırıldı

Göyçayda antisanitar şəraitdə fəaliyyət göstərən emal sahəsi aşkar edilib.

 

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

 

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən, fiziki şəxs Məmmədov Fazil Abbas oğluna məxsus “Seyidlər” marketdə keçirilmiş plandankənar yoxlama zamanı marketdə fəaliyyət göstərən çörək, bulka və unlu qənnadı məmulatlarının istehsalı sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib.

 

Belə ki, emal sahəsinin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı, mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə riayət edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?