İcra hakimiyyətlərinin ləğvi və...

10:22 06-05-2022 | icon 580 | Gündəm
İcra hakimiyyətlərinin ləğvi və...

"Konstitusiya islahatlarına gediləcək"

 

14 iqtisadi rayonun inzibati ərazi vahidinə çevrilməsi, proporsional seçki sisteminin bərpası gözlənilir.

 

Azərbaycanda mövcud olan idarəçilik strukturunun - yerli icra hakimiyyəti sisteminin dəyişdirilməsi gözlənilir. Bunu Prezident İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz:inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən konfransda elan edib.

 

Prezident qeyd edib ki, icra hakimiyyəti strukturu SSRİ-nin çöküşü zamanı yaradılıb və gözləntiləri doğrultmayıb. Prezident xüsusilə ona yaxın icra başçısının həbs edilməsinə toxunub. O qeyd edib ki, hazırda Qarabağda xüsusi nümayəndələr təyin edib və bu yeni sistem sınaqdan uğurla çıxdığı halda ölkə üzrə tətbiq ediləcək. Yada salaq ki, mayın 4-də Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda da Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Bəzi ekspertlər hesab edir ki,  Prezidentin  ADA-dakı məlum çıxışı yeni konstitusiya islahatlarının anonsudur. Çünki ümumilikdə idarəetmə, onun forması, ölkənin inzibati-ərazi vahidi, icra strukturları və s. ilə bağlı elə məsələlər var ki, onlar yalnız konstitusion islahatlarla reallaşa bilər. Bu baxımdan yaxın günlərdə hətta bu il ərzində yeni referendumun keçirilməsilə bağlı qərar verilə bilər. Bu referendumda yerli icra hakimiyyətlərinin yerinə seçilmiş institutların - bələdiyyələrin məsuliyyət və səlahiyyətlərinin artırılması, böyük şəhər bələdiyyələrinin yaradılması, mer seçkilərinin konstitusiyada öz əksini tapması vasitəsilə, eləcə də Prezidentin yaratdığı 14 iqtisadi rayonu inzibati-ərazi vahidinə çevirməklə yeni idarəetmə mərhələsinə qədəm qoya bilərik.

 

Natiq Cəfərli: “Bu artım bazar qiymətlərinə hec cür adekvat deyil”

Natiq Cəfərli 

 

Real Partiyasının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli şərhində bildirdi ki, Prezidentin qeyd olunan açıqlaması konstitusiya islahatlarının anonsu kimi qəbul edilə bilər: 

 

“Çox güman ki, belə də olacaq - ölkədə konstitusiya islahatlarına gediləcək. Çünki konstitusiya islahatları üçün zərurət yetişib. Həm 44 günlük müharibənin nəticələrinin ana qanunumuzda əksi vacibdir, həm idarəetmənin təkmilləşdirilməsi üçün zəmin yaranıb. Sosial, iqtisadi sahədə atılan addımların arzulandığı səviyyədə effekt verməməsi səbəbi iqtisadi və sosial məsələlərdən deyil, idarəetmədən qaynaqlanan problemlərdir. Prezidentin həmin çıxışı bir ümid yaradıb ki, bu sahədə ciddi konstitusiya islahatlarının olması gözlənilir. Bizim illərdir təklif elədiyimiz model yerli özünüidarəetmə institutlarının gücləndirilməsi, seçkili mer institutuna keçidin təmin edilməsi, yerlərdə təyin edilmişlərin yox, seçilmişlərin söz sahibi olması, qərarvermə mexanizmində məsuliyyət və səlahiyyət bölgüsündə iştirakının vacibliyidir. Bu, vətəndaş qarşısında məsuliyyəti də artıran əsas amilə çevriləcək. 14 iqtisadi rayonun inzibati ərazi vahidinə çevrilməsi mümkündür. Yəqin ki, elə də olacaq. Prezident məhz 14 inzibati ərazi vahidində öz səlahiyyətli nümayəndələrini təyin edə bilər və bölgələrdə qanunvericiliyin tələblərinin uyğunluğu ilə bağlı atılan addımları nəzarət altına götürə bilər ki, bu da daha doğru addım olacaq”.

 

Ekspert hesab edir ki, əgər yerli idarəetmənin gücləndirilməsi və təkmilləşdirilməsi üçün konstitusiya islahatlarına gediləcəksə, böyük ehtimalla proporsional seçki sisteminin bərpası, Milli Məclis üzvlərinin sayının artırılmasına da gediləcək: 

 

“Yəni referenduma bu məsələlər də daxil ediləcək. Çünki bu islahatların paralel aparılması ciddi effekt verə bilər.

Hökumətin məsuliyyətinin və səlahiyyətlərinin dəqiq bildirilməsi də vacib məsələlərdəndir. Əgər Prezident tərəfindən bu məsələlərin həyata keçməsinə yönəlik konstitusiya dəyişiklikləri üçün referendum təşəbbüsü göstəriləcəksə, bütün proqressiv ictimaiyyət, cəmiyyət, siyasi partiyaların çoxu dəstəkləyəcək". /Yeni Müsavat/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı