Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür

13:57 17-05-2022 | icon 549 | Mədəniyyət
Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür

Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür.

 

Versus.Az xəbər verir ki, o, 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində doğulub. Tələbəlik dövrü azad müdavim kimi universitetin şərq fakültəsinin dinləyicisi olub. Onda ədəbiyyata güclü meyl oyanıb. “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan ittifaq” (1896) əsərlərini yazıb. “Dağılan ittifaq” (1899) Peterburqda nəşr edilib.

 

Ali təhsil alıb Şuşaya qayıdıb, burada tamaşalar təşkil edib. Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilib. Burada ilk hekayələrini yazıb. 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilib, Peterburqa gedib. O, Azərbaycanın birinci diplomatlarından hesab olunur. Burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qacar) materiallar toplayıb, İrana — Mazandaran vilayətinə səyahət edib. “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə edib. 

 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunub. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibəti ilə keçirilən yubileyə başçılıq edib. Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyub, elmi kadrların hazırlanmasında iştirak edib. Burada yerli komitənin sədri (1922), Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin sədr müavini və sonra sədri (1923–1925) olub. Bu, ilk elmi-tədqiqat müəssisəsi idi. Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışıb.

 

Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilib. Şərq fakültəsinin katibi (1922–1925), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931–1932) olub. Azərbaycan Xalq Komissarlar Şurasının 6 fevral 1929-cu il tarixli qərarı ilə “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adına, 1933-cü ildə isə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanına layiq görülüb. Onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

 

Əbdürrəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxuduğu zaman başlayıb, M.F. Axundzadənin təsiri ilə “Hacı Daşdəmir” (1884) adlı kiçik bir pyes yazıb. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır. O, burada olarkən “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) dramını və “Dağılan ittifaq” (1896) faciəsini yazıb.

 

1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda bədii yaradıcılığını da davam etdirib. “Bəxtsiz cavan” (1900) və “Pəri-cadu” (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə “Həyat” qəzetində hekayələr və “Molla Nəsrəddin” jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib.

 

“Marallarım”, “Xortdanın cəhənnəm məktubları”, “Şeyx Şaban”, “Xəyalət”, “Ac həriflər” və sair əsərlərin müəllifidir.

 

1933-cü il dekabrın 12-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Adına Bakı şəhərinin Yasamal rayonunda küçə var.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...