Qarabağla bağlı təhlükəli SSENARİ

10:02 18-05-2022 | icon 303 | Siyasət
Qarabağla bağlı təhlükəli SSENARİ

Bakı ilə sülh müqaviləsinə bu dövlət mane olur

 

Əzəli torpaqlarımıza iddialı olan təkcə mənfur ermənilər deyil; kapitulyant ölkə köhnə tələyə təzədən düşsə...

 

Ermənistanın radikal-revanşist qüvvələrinin hakimiyyət əleyhinə etirazları davam edir. Əsas hədəf hakimiyyəti zorla ələ keçirib, Azərbaycanla hər hansı sülh anlaşmasını  əngəlləməkdir. Hərçənd Bakı ilə sülh oyunu oynayan baş nazir Nikol Paşinyanın özü də “süddən çıxmış ağ qaşıq” sayılmaz. Amma “iki pis”dən seçim eləmək lazımsa, əlbəttə ki, başı artıq daşdan-daşa dəymiş Paşinyan hökumət hamı üçün, öncəliklə də erməni xalqı üçün ən məqbuludur, nəinki ciddi ictimai dəstəyi olmayan, lakin xaricdən körüklənən “müharibə partiyası” - hay-küyçü, populist və radikal-revanşist müxalifət.

 

Ermənistan-Azərbaycan sülh anlaşmasına əngəl olan digər bir amil, həm də qat-qat ciddi amil Rusiyadır. Rəsmi Moskva tərəflərə ilk baxışda sülh çağırışları eləsə də, hətta üzdəniraq Minsk Qrupunun keçmiş həmsədri İqor Xovayevi Bakı-İrəvan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin eləsə də, əksər siyasi müşahidəçilər əmindirlər ki, Kreml bununla heç də sülh prosesinə töhfə vermək yox, əngəl yaratmaq niyyəti güdür. Çünki perspektivlər baxımından bu iki cənubi Qafqaz ölkəsinin bir-biri ilə dil tapması və öz aralarında iqtisadi-ticari əməkdaşlığa başlaması, həmçinin Türkiyə-Ermənistan əlaqələrinin qaydaya düşməsi Kremlin imperiya maraqlarına, klassik “parçala, hökm sür” siyasətinə ziddir.

 

Bu da qənaətimizi təsdiqləyən növbəti fakt.

 

***

 

“Ermənistan bu məsələnin (Azərbaycanla sülh anlaşması məsələsi - red.) həllini ləngitmək baxımından Rusiyanın mövqeyinə diqqət yetirməlidir. Ona görə ki, Ermənistan güclənməlidir. Ona güclənmək, gələcəyə daha inamla baxmaq üçün vaxt lazımdır. İrəvan heç bir halda tələsməməli, müharibənin nəticələrini Azərbaycanın xeyrinə möhkəmləndirməməlidir”.

 

Oxu.az - Vladimir Lepexin: “Azərbaycan AİB-in “imtiyazlı tərəfdaşı” ola  bilər” - MÜSAHİBƏ

 

Açıq-aşkar yeni müharibə qoxusu verən bu avantürist fikrin müəllifi hansısa daşnak, erməni deyil. Rusiyadakı Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru, Avrasiya Ekspert Klubunun həmtəsisçisi Vladimir Lepexindir. Versus.az “Yeni Müsavat”ın məlumatına istinadən xəbər verir ki, bu  barədə o, NEWS.am-a müsahibəsində bildirib.

 

Yəni adam kapitulyant ölkəyə israrla məsləhət görür ki, Azərbaycanla sülh müqaviləsi imzalamasın, bu xüsusda Rusiya deyəni eləsin (!) və Ermənistan “ayağa durana, güclənənədək” prosesi bacardıqca uzatsın.

 

Xoruzun “qırmızı quyruğu”nu gördünüzmü? Tipik velikorus təfəkkürünə malik rusiyalı bu siyasi dələduz Azərbaycan dövlətinin ərazi bütövlüyünə və suverenliyinə həqarət edərək, görün ardınca nə çərənləyir:

 

“Dağlıq Qarabağla, məsələn, Krımdakı vəziyyət arasında müəyyən oxşarlıq var. Rusiya üçün Krım əhalisinin mövqeyi çox vacib idi. Həmin əhalinin 80%-ni ruslar təşkil edirdi. Onlar Rusiyaya birləşmək istəyirdilər, Rusiya da buna getdi. Konkret halda Rusiya diqqətini indi ”Artsax"da yaşayan insanların əhval-ruhiyyəsinə yönəldir. Rusiya (Putin - red.) niyə problemlərin gələcəkdə həll edilməsinin lazım olduğunu deyir? Təbii ki, bu rəyin təsdiqlənməsi üçün “Artsax”da referendum keçirilməlidir. “Artsax”ın statusunun bir neçə variantı var: birincisi Azərbaycanın tərkibində, ikincisi müstəqil respublika kimi, üçüncüsü Ermənistanın tərkibində, dördüncüsü isə Rusiya Federasiyasının tərkibində".

 

LAÇIN VƏ YA ŞUŞANIN ALINMASI NƏ DEMƏK OLACAQ? – Laçın Alayının keçmiş  komandiri izah edir | AzPolitika — onlayn siyasi-ictimai qəzet

 

Lepexin ardınca fantaziyasını bir az da işə salaraq, guya ermənilərin dərdini çəkirmiş kimi, hətta ermənidən çox erməni kimi deyir: “Birinci variantı (Azərbaycanın tərkibində olmağı - red.) ”artsaxlılar" heç yaxına da buraxmayacaqlar. Qalan üç variantı nəzərdən keçirəcək. Qeyd edim ki, Ermənistanın tərkibində “Artsax”ın statusuna tərəfdar olan “Artsax” sakinləri getdikcə azalır, çünki Ermənistan rəhbərliyi “Artsax”ı başından edir. Hazırkı durumda, hansı ki, Ermənistan rəhbərliyi danışıqları aktivləşdirmək istəyir və Avropadan xahiş edir ki, status tez müəyyən olunsun, əslində bir məqsəd güdür: məhz “Artsax” Azərbaycanın tərkib hissəsi kimi qalsın və problem bağlansın. Yəni Ermənistan rəhbərliyi əslində “Artsax” əhalisinin maraqlarını əks etdirmir".

 

Beləcə, Lepexin özünü “Roma papasından artıq katolik” kimi qələmə verməyə çalışır. Onun əminliyinə görə, Azərbaycan Qarabağdakı rus hərbi mövcudluğundan xilas olmaq istəyir: “Çünki bu, Azərbaycanın Cənubi Qafqazın xəritəsini tamamilə öz xeyrinə yenidən cızması üçün yeganə maneədir. Ancaq türklər (Türkiyə - red.) bunda daha çox maraqlıdır. Və prinsipcə, hər an Türkiyənin aktivləşməsini gözləmək olar. Hətta təəccüblüdür ki, türklər öz maraqlarını reallaşdırmaq baxımından niyə o qədər də aktiv deyillər. Görünür, ümid edirlər ki, bəzi erməni liderlərinin əli ilə öz problemlərini həll edə biləcəklər. Və onlar erməni liderlərini fəal şəkildə Ermənistanın maraqlarını təslim etməyə və regionda Rusiyanın rolunu azaltmağa sövq edirlər”.

 

***

 

Göründüyü kimi, Qarabağa iddialı olan təkcə mənfur ermənilər deyil. Bu mənada rusiyalı “ekspert” əsla nankor ermənilərin dərdini çəkib-zad eləmir. Onu düşündürən tək şey - Rusiyanın bölgəmizdəki maraqları, o sırada Türkiyənin regionda möhkəmlənməsinin əngəllənməsidir. Axmaq ermənilər isə iki əsrdir bu maraqların təmin olunması yolunda alət olmağa həvəslə razılıq verirlər. Lepexin timsalında rusların öz maraqları naminə hələ də  gündəmdə saxlamağa çalışdıqları “vəhşi Türk” nağılına inanırlar. Guya rus olmasa, ermənilər tam assimilyasiya olunacaq, millət kimi silinib gedəcəklər.

 

Ermənistan Qarabağda atəşkəsi pozub — Rusiya MN

 

Halbuki Ermənistanın dövlət kimi varlığının tək qarantı əslində qonşu Türkiyə və Azərbaycandır, nəinki regiona tarixən  dəxli olmayan, onunla həmsərhəd olmayan Rusiya. Fakt ortada: rusların himayəsində olan ermənilər 30 ildə özlərinə dövlət qura bilmədilər. Kremlə erməni dövləti heç lazım da deyil. Bəs nə lazımdır? İmperiya maraqlarını qoruyub saxlamaq, “erməni kartı” hesabına Türkiyənin bölgədə möhkəmlənməsinə imkan verməmək.

 

Odur ki, Lepexin çaplı siyasi şarlatanlar yenə ermənilərin saqqızını oğurlamağa çalışır, Rusiyanı xilaskar, Türkiyə və Azərbaycanı isə “xoxan” kimi təqdim eləməyə çalışırlar. Bəs ermənilər rusun köhnə tələsinə təzədənmi düşəcəklər? Bir şey dəqiqdir ki, bu, Ermənistanın  heç olmasa, simvolik dövlət kimi qalması, həm də erməni toplumun, nəhayət, ağ günə çıxması baxımından son şansdır.

 

Özləri bilər. Əgər onların az-çox ağıllı başları dünyadakı, regiondakı prosesləri görə, ələlxüsus Ukrayna olaylarının yaxın və orta perspektiv üçün nəticələrini hesablaya bilmirsə, əvəzində Kremlin siyasi nağıllarına inanırsa, onda yazıqlar olsun özlərinə. Rusiyanın gəmisi artıq batır, bunlar isə hələ də rusa ümidlidir, rusun köhnə, məkrli oyunlarında iştirak edirlər...

 

***

 

Dağlıq Qarabağda atəşkəs pozulmayıb, sülhməramlılara qarşı təxribat  olmayıb

 

Lepexinin müsahibəsindən bir daha qənaət hasil olur ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl olan əsas dövlət Rusiyadır. Kreml sülhə imkan vermir. Çünki iki ölkə barışsa, bölgədə rusluq bir şey qalmayacaq. Şələ-külələrini götürüb buradan həmişəlik rədd olub getməli olacaqlar.

 

O ki qaldı Türk yurdu Qarabağla bağlı Lepexinin həyasız iddialarına, qurduğu planlara, qulağının dibini görsə, Qarabağı da Rusiyanın tərkibində görər. İnşallah, Rusiya “Ukrayna bataqlığı”na həmişəlik girib və orada o qədər çox qalar ki, Qarabağı həmişəlik unudarlar. Əslində bir azdan Rusiya sırf öz hayında olacaq: necə eləməli ki, imperiya “tikişlər üzrə” sökülməsin. Amma söküş də, çöküş də qaçılmazdır. Çünki tarix imperiyalar haqda hökmünü çoxdan verib... 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

SİF kredit götürən sahibkarlar BARƏDƏ

Sürücülərin NƏZƏRİNƏ

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin BAKI BƏYANNAMƏSİ

Ay ərzində 800-dən çox ZƏHƏRLƏNMƏ

Əsgərimizin ölüm səbəbi bəlli oldu

İsraillə hava əlaqələri haqqında saziş İMZALANDI

“Azərbaycanın Qoşulmama Hərəkatında olması Azərbaycanın düşünülmüş ağıllı siyasətinin nəticəsidir”

Hərbçimiz bu gün insanlarımızı öldürən müharibədən DANIŞDI

AMİP partiyaları bir araya GƏTİRDİ

Oxu.Az - 9 İL SİZİNLƏ

AMİP 30 illiyini qeyd edir

Uşaq bağçasında bədbəxt hadisə

COVID-19-un müalicəsi üçün dərman TAPILDI

Azərbaycanın mövqeyi bütün tərəflərə bir daha aydın oldu

“Qarabağ” “Lex”lə oyuna bu oyunçularla çıxacaq