Rusiya qəzetləri Azərbaycanı hədəfə alıb, orda Ukrayna...MÖVQELƏR

10:58 20-05-2022 | icon 806 | Siyasət
 Rusiya qəzetləri Azərbaycanı hədəfə alıb, orda Ukrayna...MÖVQELƏR

 

 

                                                                                                                          R//- 1 sual, 2 cavab

 

 

Rusiya-Ukrayna müharibəsi getdikcə gərgin müstəviyə keçir. Bəllidir ki, artıq Ukrayna rusiyayönümlü hesab etdiyi partiyaların fəaliyyətini qadağan edib. Rusiya silahları Ukraynada nə qədər dağıdırsa, mətbuatı da bir o qədər Azərbaycana qarşı əks hücumunu davam edir.

 

 

Rusiya mətbuatı Qarabağda erməni separatizmini dəstəkləməklə nəyə nail olmağa çalışır? Və Ukrayna “rusiyayönümlü” partiyaların fəaliyyətini dayandırmaqla nə qədər düzgün qərar verib?

 

   

“Bu, Rusiya Dövlətinin rəsmi mövqeyi kimi başa düşülməməlidir”

 

 

Azərbaycan Kommunist Partiyası, Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov və Haqq-Ədalət Partiyasının Ali Məclis sədri Zəlimxan Məmmədli Versus-az da məsələlərə fərqli bucaqlardan diqqət çəkiblər.

 

 

1-ci sual:

-Xəbər verildiyi kimi mayın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski “rusiyayönümlü” partiyaların qadağan olunması haqqında qanunu imzalayıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına əsasən, “Həyat uğrunda - Müxalifət platforması”, Şari Partiyası, “Bizim”, “Müxalifət bloku”, “Sol Müxalifət”, Sol Qüvvələr Birliyi, “Dövlət”, Ukrayna Sosialist Tərəqqi Partiyası, Ukrayna Sosialist Partiyası, “Sosialistlər” və “Vlaidimir Saldo bloku” rusiyayönümlü təşkilatlar siyahısına daxil edilib.  Ukraynada verilən bu qərar Rusiyanın indiki hökumətinə hansı əks təsirini göstərəcək. Azərbaycanda belə bir hal təkrarlana bilərmi?

 

Rauf Qurbanov:

-Qərb ölkələri Ukraynada faşizim elementlərinin olduğuna ehtiraz edir və bunu Ukrayna prezidenti Vladimir Zelenskinin yəhudi millətinə mənsub olması ilə izah edirlər. Bildiyimiz kimi, ikinci cahan savaşında alman faşistləri tərəfində yəhudilər soyqrımına məruz qalmış və ümumilikdə 6 milyon yəhidi məhv edilmişdir. Nəzərə alsaq ki, həmin savaşda 27 milyon sovet vətəndaşı  və o cümlədən 300 mindən artıq azərbaycanlılar da qətlə yetirilib, onda  faşizmin dünya üçün hansı fəlakət törətdiyini və mahiyyətinin nədən ibarət olduğunu yaxşı anlayarıq.

Faşizm millət, xalq deyil. Faşizm avtoritar, millitarist, ultra-millətçi və ona uyğun gələn diktatura rejimi çərçivəsində cəmiyyəti tənzimləyən bir ideologiyadır. Bu ideologiyanın təməli orta əsrlərdə inkvizisiya dövründə katolik kilsəsi tərəfindən qoyulub. Allah tərəfində seçilmiş “xüsusi millət” anlayışı kimi başa düşülür.  Bu nöqteyi nəzərdən  şəxsin mənsub olduğu millətlə, onun daşıdığı   ideologiyanın fərqinə baxmaq lazımdır. Yeri gəlmişkən, faşizimdən ən böyük ziyan çəkən sovet xalqı və xüsusi ilə də kommunistlər olmuşlar.

Bu gün özünü demokratik bir dövlətin rəhbəri hesab edən, demokratik Avropa ailəsinə inteqrasiyanın tərəfdarı olan bir “komediya aktyorunun” bu cür səriştəsiz və ağılsız hərəkətləri çox ziddiyyətlidir. Siyasi partiyaların fəaliyyətini hansısa dövlətlə münasibətdə suçlamaq ən azından savadsızlıqdır. Siaysi partiyalar yönümlükləri ilə yox, ideoloji baxşılarına görə bir-birindən fərqlənirlər. Dünyanın 193 ölkəsinin əksər çoxluğunda,        o cümlədən ABŞ, Böyük Brintaniya, Alaniya, Fransa, İspaniya,İtaliya, Türkiyə kimi nəhəng kapitalist dövlətlərində kommunist, sosialist, sosial-demokrat  və sol partiyalar fəaliyyət göztərir. Bu partiyaların əksəriyyəti fəaliyyət göstərdikləri dövlətlərin ali orqanlarında, parlamentlərində təmsil olunurlar. Ümumiyyətlə sol yönümlü partiyaların  Rusiyanın hakim dairələri  ilə nə əlaqəsi ola bilər? Əgər nəzərə alsaq ki, Rusiyada hakim  “ Vahid Rusiya” partiyasıdır və bu partiya da ideologiyasına görə  sağ mərkəzçidir.  Rusiya Federasiyası  Kommunist Partiyası  isə yerli özünüidarə etmə orqanlarında və o cümlədən Rusiya Dövlət Dumasında  deputat  fraksiyası  təmsil olunur. Onda, Zelenskinin bir sıra partiyaların faliyyətini qadağan etməkdə  hansı məqsədə xidmət etdiyini anlamaq olar. O, sadəcə olaraq öz rəqiblərini siyasi səhnədən təmizləmək istəyir. Cəmiyyətdə müxtəlif  fikirlərin və ideologiyaların , siyasi prüalizmin movcudluğuna qadağa, yalnız faşizm ideologiyasının hakim olduğu dövlətlərdə mümkündür.

Onu deyə bilərəm ki, Azərbaycan Ukraynadan fərqli olaraq, demokratik, azad, müstəqil, suveren bir dövlətdir. Azərbaycan cəmiyyətində siyasi plüralizm, tolerantlıq, multikulturalizm mövcuddur.

 

 

"Kommunist Partiyasının və onların  təfəkkürünə uyğun olaraq yaranmış digər  sosialist  təmayüllü partiyaların Ukraynaya ziyanı ola bilər..."

 

Zəlimxan Məmmədli:

 

-Ukrayna kommunist ideologiyasından, o cümlədən Moskvanın təsir dairəsində olan ictimai sektorda olanlardan, siyasi partiyalardan ayrı-ayrı fiqurlardan, şişirdilmiş transliderlərdən  çox pis paynı aldı. Tamamilə açıq görünür ki, Ukraynada fəaliyyət göstərən sol təmayüllü, Rusiyanın hegemonluğunu təbliğ eliyən, varlığını alternativsiz bir tərəqqi yolu kimi təqdim eliyən düşüncənin artıq Ukraynada fəaliyyət göstərməsinə əsasları yoxdur. Ona görə ki,  Kommunist Partiyasının və onların  təfəkkürünə uyğun olaraq yaranmış digər  sosialist  təmayüllü partiyaların yalnız Ukraynaya ziyanı ola bilər, xalqın inkifafəna maniə yarada bilər, düşmənin nəfinə xidmət ola bilər.  Bu baxımdan da Zelenskinin məlum bəyanatını dopğru bilirəm və artıq  o qədər zərbələrdən sonra Ukrayna bu addımı atmalı idi.

Azərbaycanda isə coğrafiya fərqlidir.  Amma Azərbaycan da artıq dünyanın mütərəqqqi tərəfi ilə dil tapan, uzlaşan,  demokratiya dünya inteqrasiyası istiqamətində ciddi addımlar atmağa hazırlanmalıdır. Ölkə içi siyasi spektrimiz bu istiqamətdə çalışmalıdır, dövlət  başçımız daha qətiyyətli addımlar atmalıdır və  biz Rusiyanın  Azərbaycanda təsir rıçaqlarını maksimum azaltmalıyıq. Hər halda Rusiyanın Azərbaycana təsir rıçaqları kifayət qədər çoxdur.  Çünki  dövlət büdcəsi hesabına rus dilində təhsil verən 340 məktəbi var,  o cümlədən  dövlət məmurları və onlara yaxın çevrə bir biri ilə rus dilində  danışır. Yəni burada bizə başqa düşmən lazım gəlmir. Azərbaycan dilinin  ikinci sort dil olaraq təbliği deməkdir. Ona görə də mənə elə gəlir Azərbaycanda milli iradənin tədricən aparıcı olması istiqamətində səfərbər olmalıyıq. İndiki  müəyyən radikal addımlar bizim ehtiyat elədiyimiz Azərbaycanda reallaşmasına gətirib çıxarda bilər.  Belə ki,  Azərbaycanda hələlik sülhməramlılar var, dırnaqarası işğalçı  qüvvənin varner qrupları var, o cümlədən xüsusi bəlli strateji olaraq Azərbayacanı tormuzlayan silahlı dəstə var, onları dəstəkləyən 5-ci kolon, şəbəkələri var. Şəbəkələşmiş rus icması var və  bunlar varsa, deməli hakimiyyətdə də o cür düşünən xeyli zehniyyət var. Azərbaycan zərbələr ala bilər. Mənə belə gəlir ki, Türkiyə ilə inteqrasiyamız o həddə çatmalıdır ki, bizim ciddi siyasi, siyasi, hüquqi islahatlar apararaq Azərbaycan xalqının iradəsini hakimiyyətə daşınmasına nail olaq. Onda biz daha ciddi və cəsarətli addımlar ataraq Azərbaycanın suverenliyini tam təmin edib demokratik dünayanın bir parçasına olmasına nail ola bilərik. Həm də Türk Dövlətləri Təşkilatının yeni güc olaraq formalaşmasına  daha ciddi töhfələr vermiş olarıq.

 

 

2-ci sual:

-Xəbər verildiyi kimi, “Rossiyskaya qazeta” Qarabağ anklavındakı miskin separatizm qalığını “dövlət” kimi, oradakı bir ovuc ermənini isə mifik “Dağlıq Qarabağ xalqı” kimi təqdim edib. Necə hesab edirsiz, Rus sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgəmizin ayrıca dövlət kimi göstərilməsi, 5-6 min erməninin “xalq” adlandırılması Azərbaycana qarşı aparılan hansı təxribatdır?

 

Rauf Qurbanov:

-Rusiya Federasiyasının   hər hansı bir mətbu orqanda dərc olunan  yazı, Rusiaya Dövlətinin rəsmi  mövqeyi anlamı kimi başa düşülməməlidir.  Azərbaycan cəmiyyətində  Qarabağ məsələsinin çox həssas bir mövzu olduğunu nəzərə alan erməni seperatçıları, istənilən platformalarda bu çür təxribat xarakterli mövqe sərgiləməklə Azərbaycan cəmiyyətini qıcıqlandırmağa cəhd göstərirlər. Və bununla yanaşı  Azərbaycan-Rusiya münasibətlərini pozmaq və özlərinin çirkin məqsədlərinə nail olamaq istəyirlər. Bu kateqoriyadan olan yazılar dünyanın istənilən aparıcı dövlətlərinin ən reytinqli qəzetlərində və saytlarında  yer ala bilər. Lakin, bu təxribatların heç biri,  işin əsil mahiyyətini dəyişə bilməz. Azərbaycan cəmiyyətinin düşüncə tərzi artıq 20 əsrin 90-cı illərindəki kimi deyil. Biz keçən 30 il ərzinda vaxtı ilə  buraxdığımız səhflərdən və emosionallığımızdan xeyli nəticə çıxarmışıq. Azərbaycanı indiki dövrdə belə təxribatlara sürükləmək yersiz və nəticəsidir.   Azərbaycan Respublikasının ərazi bütövlüyü bütün dünya dövlətləri tərəfindən qəbul olunur və dəsdəklənir, o cümlədən də Rusiya Federasiyası tərəfindən. Biz 44 günlük zəfər savaşında bir millət olaraq nəyə qadir olduğumuzu göstərib, düşmən tapdağında olan ərazimizi işğaldan azad etdik. 10 noyabr 2020 –ci ildə üç dövlət başısının imzaladığı sənəd və bu qəbildən olan sonrakı görüşlər və anlaşmalar Qarabağ probleminin həllinə bir nida işarəsi  qoydu. Hesab edirəm ki, problemin həll olunmamış kiçik bir hissəsi isə, qısa bir zaman kəsiyində diplomatik müstəvidə öz ədalətli həlini tapacaqdır. Əlavə narahatçılığa etiyac yoxdur.

 

Zəlimxan Məmmədli:

-Bir məsələni aydın şəkildə hafizəmizdə saxlamalıyıq ki, Rusiya bölgədə imperiya siyasətinə başladığı ilk dönəmdən bu vaxta qədər türk millətinin, müsəlman dünyasının dostu kimi davranmayıb. Çağdaş zamanımızda isə azadlıqların, demokratiyanın düşmənidir. Dövlətlərin öz müqəddəratını təyin etmə haqqını tanımır.  Beynəlxalq hüququ, BMT-nin tanıdığı sərhədləri tanımır. Özünün taktiki-strateji maraqları var və bunları da sövetlər birliyində imperiya siyasətinə sadiq olaraq aparır. Rusiya Gürcüstanda Abxaziya, Osetiya problemini yaratdı, Cavaxetiyanı da zaman-zaman körükləyir.  Eləcə də Azərbaycanda Qarabağ problemini, Ukraynada Kırım, Donets, Luqansk problemini və sair bəlli  probemləri yaradıb, hər bir dövlətin inkişafını ləngitmək üçün, onun tərkib elementi olan xalqların  hissərindən, duyğularından istifadə edib onları əsas  ana xəttə qarşı qoydular.  Bu gün də “Rossiyskaya qazeta” da Azərbaycan haqqında yaxşı bir yazını görsəm təəccüblənərəm. Və yaxud ermənilərin azərbaycanlıların lehinə problemə yanaşmasını görsəm təəccüblənərəm. Bu, Rusiyanın Azərbayacanı vurmaq, inkişafdan saxlamaq, Azərbaycanla Türkiyə arasında məsafəni daraltmaq, Türk Birliyinə gedən yolları qapatmaq üçündür. Və bu gün də belə məqalələrin yazılması, Dağlıq Qarabağda separatçıları dəstəkləməsi, o cümlədən  “mədəniyyət mərkəzləri” adı altında cəsus şəbəkəsinin  formalaşdırılması, rus dilinin Qarabağda “dövlət dili” elan eləməsi Azərbaycana təcavüzdür, müstəqilliyimizə vurulan zərbələrdir.

 

Ona görə də biz 22 fevralda Moksvada imzalanan Müttəfiqlik Bəyannaməsinə aldana bilmərik.  Azərbaycan Rusiyanın bu cür ideoloji diktəsinə məruz qalır və hələ ki, ondan kənara çıxa bilmir. Lakin Türkiyə var və onun varlığı Azərbaycana qol-qanad verir.  Moskva bəyannaməsini də heç bir zaman Azərbayacanın maraqlarına uyğun hesab etmirəm. Artıq Rusiyanın Ukraynaya təcavüzü deməyə əsas veriri ki,   Azərbaycan üçün 2022-ci ildə imzalanan Moskva Bəyannaməsi yoxdur. Çünki aqressiv, imperialist bir dövlət  Azərbaycanla müttəfiq ola bilməz.(həftə -içi)

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR