Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO
Versus.az xəbər verir ki, festivalın dördüncü günündə qırmızı xalı üzərində soyunan qadın bədənində yazılmış “Bizi zorlamayın” yazısını göstərərək qışqırmağa və medianın diqqətini cəlb etməyə çalışıb. Paltarını cıraraq çıxaran qadın çılpaq bədənini Ukrayna bayrağının rənglərinə və qırmızıya boyayıb. Gənc qadın asayiş keşikçilərinin müdaxiləsi ilə ərazidən uzaqlaşdırılıb.
Məlumat üçün bildirək ki, Ukraynanı işğal etməyə çalışan Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Kann Film Festivalında da davam edib. Rus heyətinin festivalda iştirakına icazə verilməyib. Festivalın direktoru Tierri Fremauks bildirib ki, Kann bütün parlaqlıqlığı ilə yanaşı, Ukraynadakı müharibəni də gündəmdə saxlamağı hədəfləyir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"