"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

10:42 23-05-2022 | icon 767 | Geopolitika
"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Fuad Əliyev: "Vaşinqton da Bakının gücünü gördü"

 

ABŞ müstəqil Azərbaycana həmişə önəm verib, xüsusilə həm ümummili lider, həm də Prezident İlham Əliyevin hakimiyyəti dönəmində. 44 günlük İkinci Qarabağ müharibəsində əldə edilən möhtəşəm qələbədən sonra Vaşinqton Bakının gücünü gördü, eyni zamanda sülhün əldə olunması ilə bağlı təşəbbüslərini dəstəklədi. Bu ABŞ kimi hegemon bir dövlətin Azərbaycana verdiyi önəm, göstərdiyi diqqətdir.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubuna münasibətində deyib.

 

ALDP sədri qeyd edib ki, Vaşinqton Azərbaycanın enerji təhlükəsizliyi sahəsində təşəbbüs və nəhəng layihələrini də dəstəkləyib:

 

"Bu məktubda da ABŞ prezidentinin 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa verdiyi yüksək dəyər özünü göstərir. Eyni zamanda Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynamasına verilən mühüm əhəmiyyətdir".

 

Fuad Əliyev qeyd edib ki, ABŞ Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə rolunu da həmişə yüksək dəyərləndirib:

 

"Ölkəmizin İraq, Əfqanıstan və Kosovada sülhməramlı missiyası bunun bariz nümunəsidir. Bundan başqa ölkəmiz NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi aparır, siyasi müzakirələrdə iştirak edir, milli qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlığı həyata keçirir. Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb".

 

ALDP sədrinin fikrincə, Azərbaycanın yerləşdiyi geostrateji bölgə də münasibətlərin inkişafına təkan verir. Rəsmi Bakı ilə sıx təmasların həyata keçirilməsi bunu deməyə əsas verir. Hazırki proseslər fonunda NATO-nun Baş katibi Yens Stoltenberq, ABŞ-ın Dövlət Katibi Entoni Blinken və nəhayət ABŞ Prezidenti Co Baydenin Azərbaycanla təmaslar qurması onu göstərir ki, ölkəmiz Avroatlantika strukturları üçün böyük maraq kəsb edir.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR