“İrəvanla Moskva maneçilik törədə bilər”

10:52 03-06-2022 | icon 456 | Geopolitika
“İrəvanla Moskva maneçilik törədə bilər”

 Aydın Quliyev: "Bunlar indiyə qədərki görüşlərə Rusiyanın qısqanclığının faktıdır”

 

Ermənistanda Brüssel görüşlərində əldə olunmuş nəticələrin əleyhinə keçirilən aksiyalar davam edir və onun arxasında konkret olaraq Rusiyanın dayandığı iddia olunur. Brüssel görüşünə qarşı aksiyanı idarə edənlərin vaxtilə hakimiyyətdə olduğunu təhlil edən qüvvələr belə bir şəraitdə danışıqların nəticələrinə hər hansı təsirlərin olma ehtimalını da ortaya atır. Çünki Ermənistan bütün danışıqlarda vəziyyəti gərginləşdirib prosesdən yayınmağa çalışır.

 

Bu dəfə Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən 3-cü Brüssel görüşündə əldə olunan razılaşmalara qarşı Rusiya və Ermənistanın hakimiyyəti tərəfindən hansı təhdidlər yarana bilər?

 

Versus.az xəbər verir ki, siyasi şərhçi Aydın Quliyev şərhində bildirib ki, Brüsseldə əldə olunmuş danışıq nəticələrinə qarşı Rusiyanın bütün raundlarda qısqanc münasibəti açıq görünürdü.

 

“Bəllidir ki, 3 dəfə Avropa İttifaqı prezidentinin vasitəçiliyi ilə Brüsseldə 2021-ci il dekabrın 25-də,  aprelin 6-da və mayın 22-də 3-cü dəfə üçtərəfli formatda görüş keçirildi. Bunların hər birində müəyyən nəticələr var idi və həmişə də bu nəticələrə Rusiya tərəfdən qısqanc münasibəti gördük. İlk görüşdən qabaq bu danışıqların alınmaması üçün Moskvadan müəyyən addımlar atıldı və təzyiqlər göstərildi. Çünki bu görüş 2021-ci il noyabrın 9-da nəzərdə tutulsa da, Paşinyan həmin görüşə gedə bilmədi və həmin tarixin Şuşanın işğaldan azad oldunmasının onlar üçün həssas bir tarix olduğunu əsas gətirdilər. Sonra görüş noyabrın 16-na təyin olunsa da, Paşinyan yenə də bu görüşə getmədi.  Yalnız noyabrın 26-da Rusiya prosesləri qabaqlayaraq Soçidə Azərbaycan və Ermənistan rəsmilərini qəbul edib, məşhur Soçi bəyannaməsi qəbul olunandan sonra Avropa İttifaqının Brüsseldə vasitəçiliyi ilə ilk üçtərəfli format görüşü alındı. Yəni Brüsseldə görüşün bu formatda alınmasına qarşı Rusiyada olan qısqanc münasibət nəhayət bu görüşün bir neçə həftə gecikməsinə səbəb oldu. Sonra 22-ci il aprelin 6-da Brüsseldə keçirilmiş üçtərəfli görüşdə müəyyən nəticələr əldə olundu. Xüsusilə də aprelin sonuna qədər delimitasiya və demorkasiya komissiyaların yaradılması və fəaliyyətə başlamağı haqqında razılıq əldə olunsa da, bu da müəyyən qısqanclıqla müşahidə olundu. Təsadüfi deyil ki, həmin görüşdən 10-12 gün sonra Paşinyan Moskvaya dəvət olundu və aprelin 19-da Rusiya ilə Ermənistan arasında Putinlə Paşinyanın iştirakı ilə bir bəyanat qəbul edildi. Hansı ki, həmin bəyanatda sülh prosesi ilə bağlı Azərbaycanın bəzi mövqelərinə qarşı əks-mövqe ortaya qoyuldu. Minsk Qrupu həmsədrlərinin formatının potensialı və imkanları ilə bağlı həmin bəyannaməyə maddə salındı. Hansı ki, bu, Azərbaycanın ürəyincə deyildi. Orda "Qarabağ münaqişəsinin tənzimlənməsi" ilə bağlı deyilən bir fikir var idi ki, Azərbaycan belə bir münaqişənin artıq həll olunduğunu bəyan etmişdi. Bütün bunlar Brüsselin vasitəçiliyi ilə keçirilmiş indiyə qədərki görüşlərə Rusiyanın müəyyən qısqanclıqla yanaşıldığını sübut edən faktlardır”.

 

A.Quliyev bu məntiqdən çıxış edərək Brüsseldəki 22 may görüşünün nəticələrinə Rusiyadan müəyyən qısqanclıq münasibətinin ola biləcəyini istisna etmədi:

 

“Bəllidir ki, Brüssel görüşündən qabaq Ermənistanda aksiyalar başlayıb. Və əgər bundan sonra da aksiyalar davam edəcəksə, bunun Moskvadan idarə olunan və Brüssel razılaşmasının həyata keçirilməsinin ləngidilməsinə yönəlmiş addımlar kimi dəyərləndirməyə əsas yaranacaq. Ehtimallara görə Brüsseldə fundamental razılaşmalar var. Çünki çox qısa vaxt qoyulub ki, yaxın günlərdə komissiyaların görüşü keçirilməlidir. Yaxın günlərdə Xarici İşlər Nazirlərinin sülh müqaviləsi üzrə görüşləri başlamalıdır. Yaxın həftələrdə kommunikasiyaların açılması üzrə baş nazirlərin müavinləri səviyyəsində görüşlər davam etdirilməlidir. Konkret razılaşmalar təbii ki, Rusiyanı qıcıqlandıra biər. Ona görə də Brüssel görüşünün maddələrinin zamanında səmərəli yerinə yetirilməsinin əleyhinə İrəvandan və Moskvadan müəyyən maneçilik törədilə bilər. Ancaq yaxın həftələrdə hər şey görünəcək”.(hafta.az)

 

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR