Şarl Mişelin bəyanatı - MESAJ KİMƏDİR?

11:01 03-06-2022 | icon 467 | Geopolitika
Şarl Mişelin bəyanatı - MESAJ KİMƏDİR?

"Minsk Qrupu həmsədrlərinin riyakar üslubuna xas olan ikibaşlı ifadələr diqqət çəki”

 

Avropa İttifaqı Şurasının Prezidentinin “spekulyasiyalar təəssüf doğurur” fikri İrəvanın cığallıqlarına cavab kimi qiymətləndirilə bilər, amma...

 

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel son günlər Ermənistanla Azərbaycan arasında yaşanan gərginliyin kontekstində Avropa İttifaqının regionda yaşayan bütün insanların rifahı naminə Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üçün hər iki ölkə ilə əməkdaşlığı dərinləşdirməyə sadiq olduğunu təsdiqləyir”.

 

İyunun 1-də Avropa İttifaqı Şurası Prezidentinin mətbuat katibinin bəyanatında belə deyilir. Bildirilir ki, Ş.Mişel mayın 24-də hər iki ölkənin sərhəd komissiyalarının ilk tarixi iclasını alqışlayıb və Ermənistanla Azərbaycan arasında dövlət sərhədi boyunca sabitliyin və təhlükəsizliyin təmin edilməsinin müstəsna əhəmiyyətini vurğulayıb. “Ermənistanla Azərbaycan arasında münasibətlərin davamlı normallaşdırılması üçün həll edilməmiş bütün məsələlərin həlli, o cümlədən gələcək sülh müqaviləsinin irəliləməsi və münaqişənin köklü səbəblərinin aradan qaldırılması vacibdir”. Ş.Mişelin fikrincə, Dağlıq Qarabağda birinci müharibəyə, eləcə də 2020-ci ildə hərbi əməliyyatların bərpasına gətirib çıxaran əsas problemlər möhkəm və ədalətli sülhə şərait yaratmaq üçün bütün əlaqədar tərəflər vasitəsilə həll olunmalıdır. “Münaqişənin istənilən irsində olduğu kimi, bu kontekstdə terminologiya xüsusilə həssasdır. Prezident Mişelin liderlərin 22 may görüşünün yekunlarına dair bəyanatı heç bir şəkildə müzakirələrin əvvəlcədən müəyyən edilmiş nəticəsinin təqdiri kimi şərh edilməməlidir. Nəticə etibarilə, ən vacibi odur ki, bütün məsələlər hərtərəfli həll olunur; bu, bütün əhali qruplarının hüquq və təhlükəsizliyini özündə ehtiva edir”, - bəyanatda qeyd olunur. Mayın 22-də Brüsseldə regiondakı kommunikasiyaların açılması imkanları xüsusilə müzakirə olunub. Bu kontekstdə hər iki tərəf gələcək nəqliyyat infrastrukturu ilə bağlı eksterritorial iddiaların olmamasını təsdiqləyib. Nəhayət, prezident Mişel əhalinin sülhə hazırlanmasının vacibliyini və bu baxımdan ictimai ritorikanın birinci dərəcəli rol oynadığını vurğulayıb. O, İrəvan və Bakı rəhbərliyini alqışlayıb, danışıqların davam etdirilməsi üçün əlverişli atmosferin yaradılması üçün vicdanla işləmək niyyətində olduğunu bildirib, həmçinin Avropa İttifaqının inam tədbirlərinə dəstəyini artırmağa hazır olduğunu bəyan edib. Yaxın günlərdə Avropa İttifaqının xüsusi nümayəndəsi Klaar müzakirə olunan bütün aspektləri izləmək üçün regiona yola düşəcək", - bəyanatda deyilir.

 

Qeyd edək ki, Şarl Mişelin İlham Əliyev və Nikol Paşinyanla görüşünün yekunlarına dair sözügedən bəyanatında Dağlıq Qarabağın və bu regionun statusunun adı çəkilməyib. Brüssel görüşündən sonra isə Ermənistan rəhbərliyi ciddi spekulyasiyalara yol verir. Məsələn, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yerli medianın “İlham Əliyev dedi ki, Brüsseldə Naxçıvanı Azərbaycanla birləşdirən dəhlizin Meğridən keçəcəyi ilə bağlı razılıq əldə olunub” sualına cavabına diqqət edək: “Biz Ermənistanın mövqeyini daim müəyyən edirik. Ola bilsin, biz bir daha təkrar edirik: Ermənistan ərazisində hər hansı dəhlizin mövcudluğu istisna olunur. Söhbətlərimiz sırf yolların açılması, nəqliyyat və iqtisadi kommunikasiyalar haqqındadır”. Mişelin ofisinin bəyanatında da məhz əsas vurğu kommunikasiyalara bağlı məsələnin üzərinə yönəldilib. “Bu kontekstdə hər iki tərəf gələcək nəqliyyat infrastrukturu ilə bağlı eksterritorial iddiaların olmamasını təsdiqləyib. Əksinə, spekulyasiyalar təəssüf doğurur” fikri məhz İrəvanın cığallıqlarına cavab kimi qiymətləndirilə bilər.

 

 

Prezident İlham Əliyev Zəngilanda verdiyi bəyanatlarda Brüssel görüşünə bir dəfə istinad edib:

 

Ermənistan istəsə də, istəməsə də bunu bütün dünya qəbul edir. Biz Dağlıq Qarabağ münaqişəsini həll etmişik. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Qaldı ki, Dağlıq Qarabağ inzibati ərazisinə, bu ərazi Azərbaycan ərazisində yoxdur. Ona görə beynəlxalq qurumların leksikonunda Dağlıq Qarabağ sözü yoxdur və son Brüssel görüşü bunu bir daha göstərdi. Düzdür, Ermənistanda indi bu məsələ ilə bağlı yenə də hay-haray qaldırıblar və necə deyərlər, başlarını divara vururlar, amma bu, reallıqdır və onlar bu reallıqla barışmağa məcburdurlar”. Şarl Mişelin adından yayılan bəyanatda bu hissəyə diqqət edək: “Münaqişənin istənilən irsində olduğu kimi, bu kontekstdə terminologiya xüsusilə həssasdır. Görüşün yekunlarına dair bəyanatı heç bir şəkildə müzakirələrin əvvəlcədən müəyyən edilmiş nəticəsinin təqdiri kimi şərh edilməməlidir. Nəticə etibarilə, ən vacibi odur ki, bütün məsələlər hərtərəfli həll olunur; bu, bütün əhali qruplarının hüquq və təhlükəsizliyini özündə ehtiva edir”. Bu bir az aydınlaşdırılmaya həssas hissədir. Ola bilsin, Azərbaycan Prezidentinin “beynəlxalq qurumların leksikonunda Dağlıq Qarabağ sözü yoxdur və son Brüssel görüşü bunu bir daha göstərdi” deməsi Şarl Mişeli Ermənistanla bərabər, Avropadakı erməni lobbisinin qarnını ağrıdıb. İstənilən halda, bu mesaj əlbəttə ki, Ermənistan rəhbərliyinə yönəldiyini deyə bilərik. Bəs analitiklər, siyasət uzmanları mövcud durumla bağlı nə düşünür, Ş.Mişeli bəyanat verməyə vadar edən səbəblər nələr ola bilər?

 

Siyasi şərhçi Elçin Mirzəbəyli bildirtib ki, Şarl Mişelin bəyanatına verilən şərhində diqqət çəkən məqamlar, müharibədən öncə bəzi beynəlxalq təsisatların, o cümlədən tarixin arxivinə göndərilmiş Minsk Qrupu həmsədrlərinin riyakar üslubuna xas olan ikibaşlı ifadələrlə bağlıdır”. 

 

Ekspert konkret məqamlara diqqət çəkdi:

 

“Məsələn, şərhdə qeyd olunur ki, birinci müharibəyə, eləcə də 2020-ci ildə hərbi əməliyyatların bərpasına gətirib çıxaran bütün əsas problemlər möhkəm və ədalətli sülhə şərait yaratmaq üçün bütün əlaqədar tərəflər vasitəsilə həll olunmalıdır. Əslində müharibələrə səbəb olan problemlər hər kəsə bəllidir və bu problemlərin aradan qaldırılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Birinci müharibəyə səbəb işğala zəmin yaratmaq üçün kənardan stimullaşdırılan aqressiv, silahlı separatizm və təcavüz, ikinci müharibəyə səbəb isə təcavüzkarın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq öhdəliklərinə əməl etməməsi, sülh danışıqlarını sabotaj etməsidir. Bütün bu problemlər, həm də ədalətli şəkildə Azərbaycan Ordusunun həyata keçirdiyi sülhə məcburetmə əməliyyatları nəticəsində öz həllini tapıb. ”Əlaqədar tərəflər"dən biri qalib gəlib, digəri isə məğlub olub. Yox, əgər Avropa İttifaqı Şurası Prezidentinin bəyanatına verilən şərhdə “əlaqədar tərəflər” ifadəsinin altında separatçıların tör-töküntüləri nəzərdə tutulursa, Azərbaycan belə bir tərəf tanımır və tanımayacaq da. Əgər bu, işğal dövründə baş verməyibsə, bundan sonra da baş verməyəcək!"

 

Elçin Mirzəbəyli: Ermənistan tarixinin ən acınacaqlı günlərini yaşayır -  AZƏRTAC

 

E.Mirzəbəyli qeyd edib ki, əgər Avropa İttifaqı separatçıların “hüquqları” ilə bağlı iddialarını dolayısı ilə, həm də qüsurlu bir terminologiya ilə dilə gətirirsə, o zaman 200 min erməninin yaşadığı Parisin bir bölgəsini onlara verə bilər: 

 

“Yaxud 100 min erməninin yaşadığı Lionda və ya Marseldə ermənilər üçün ikinci forpost ”dövlət" yarada bilər. Şarl Mişelin bəyanatına verilən şərhdə istifadə olunan “münaqişələrin irsi” ifadəsinin hansı kontekstdən təqdim olunduğunu deyə bilmərəm, amma normal insan məntiqi və hüquqi yanaşma ilə “münaqişənin irsi”nin bir hissəsini yerlə bir edilmiş Azərbaycan ərazilərində görmək mümkündür. “İrs”in digər hissəsi isə 30 ilə yaxın bir zaman kəsiyində öz evlərindən didərgin salınmış azərbaycanlılardır. Məhz bu baxımdan, Şarl Mişelin ofisi haqlı olaraq, “terminologiyanın həssas olduğuna” diqqət çəkir. Bəli, terminologiya həssasdır və yüz minlərlə insanın taleyini ifadə edən terminlərə münasibətdə “fahişə təbəssümü” nümayiş etdirmək lazım deyil. Sözügedən şərhdə nəzərəçarpan məqamlardan biri də Zəngəzir dəhlizinin statusuna münasibətdə istifadə olunan “eksperritorial” ifadəsidir. Mişelin ofisinin qənaətinə görə, müzakirələr zamanı “hər iki tərəf gələcək nəqliyyat infrastrukturu ilə bağlı eksterritorial iddiaların olmamasını təsdiqləyib”. Öncə qeyd edim ki, şərhdə “hər iki tərəf” ifadəsinin yer alması bir daha sübuta yetirir ki, Avropa İttifaqı prosesin iştirakçılarının Azərbaycan və Ermənistandan ibarət olduğunu anlamaq iqtidarındadır. Yəni prosesdə daha öncə iddia olunduğu kimi, “tərəflər” deyil, “iki tərəf” var. “Eksterritorial” termininə gəldikdə isə bu termin indiki halda bir dövlətin ərazisində yerləşməsinə baxmayaraq, hüquqi baxımdan digər ölkəyə aid olan müəssisə, yaxud obyektlərə münasibətdə işlədilir". E.Mirzəbəyli qeyd etdi ki, dünyada beynəlxalq nəqliyyat dəhlizlərinə münasibətdə “eksterritorial” anlayışının tətbiq olunması ilə bağlı təcrübə yoxdur: “Amma beynəlxalq nəqliyyat dəhlizlərinin bəlli statusları var və belə dəhlizlərə münasibətlə preferensial (güzəştli) rejim, o cümlədən vahid gömrük rejimi tətbiq olunur, yaxud belə dəhlizlərə vahid iqtisadi məkan statusu verilir ki, daşınmalar maneəsiz və effektiv həyata keçirilsin. Azərbaycanın beynəlxalq dəhlizlərə yanaşması da beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır”. Yekunda analitik olduqca vacib nüansa da toxundu: “Bu xüsusda həm Şarl Mişelin ofisi, həm də Ermənistan unutmamalıdır ki, Ermənistanla Azərbaycan ərazilərindəki etnik ermənilərlə əlaqəni təmin edən Laçın dəhlizi nəinki “eksterritorial” heç beynəlxalq nəqliyyat dəhlizi statusuna da malik deyil, sadəcə, Azərbaycan ərazisindən keçən adi yoldur". (Yeni Müsavat)

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı