“Onlayn mediaya sistemli şəkildə vəsait ayrılmalıdır”

16:27 22-11-2017 | icon 739 | KİV
“Onlayn mediaya sistemli şəkildə vəsait ayrılmalıdır”

“Təcrübə göstərir ki, xaricdən ölkəyə informasiya təhlükələri mövcuddur və onlayn media bu təhlükələrə cavab verir. Amma bizim ölkədə onlayn mediaya ayrılan vəsait azdır”.

Versus.Az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə müzakirəsi zamanı deyib. Qeyd edib ki, onlayn mediaya sistemli şəkildə vəsait ayrılmalıdır:

“Onlayn mediaya 1 milyon manat ayrılsa, bunun bəhrəsini görəcəyik. Müharibə şəraitində olduğumuz üçün informasiya sahəsinə vəsait əhəmiyyətli dərəcədə artırılmalıdır”.

Ə. Amaşov informasiya ombudsmanının ayrıca qurum kimi fəaliyyətini zəruri hesab edərək bunu reallaşdırmağı təklif edib:

“Bizdə informasiya ombusdmanı İnsan Hüquqları üzrə Müvəkkilliyinin (Ombudsman) tərkibində fəaliyyət göstərir. Səbəb olaraq deyirlər ki, ştat yoxdur. Hökumət üzvlərinin burada olmasından istifadə edərək soruşmaq istəyirəm ki, niyə ştat ayrılmır? Ombudsmanın fəaliyyəti hazırda göz önündədir. Hesab edirəm ki, bunu nəzərə alaraq informasiya ombudsmanı ayrıca fəaliyyət göstərməlidir”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR