“Formula-1” ilə bağlı sürücülərə MÜRACİƏT
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) “Formula-1” ilə bağlı sürücülərə müraciət edib.
NİİM-dən daxil olan müraciətdə deyilir:
“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yollarda müşahidə olunan son vəziyyətlə bağlı məlumatları təqdim edir və eyni zamanda sürücülərə müraciət edərək paytaxtımızda qonaqpərvərlik mühitinin qorunması üçün “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar yollardakı müvəqqəti xarakter daşıyan dəyişiklik və məhdudiyyətləri anlayışla qarşılamağı, şəhər mərkəzinə şəxsi nəqliyyat vasitələri ilə getməməyi, daha çox ictimai nəqliyyata üstünlük verməyi, həmçinin dayanma-durma qaydalarına ciddi riayət olunmasını xahiş edir. Qeyd olunanlar sıxlıqların yaranmaması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"