Bayrağımızın dalğalandığı ilk dünya çempionatı

10:55 08-06-2022 | icon 514 | İdman
Bayrağımızın dalğalandığı ilk dünya çempionatı

Bu ilin may ayında “Ironman” (triatlon) üzrə növbəti dünya çempionatı keçirilib.

 

Pandemiya səbəbindən yarış Havay adalarının Koni şəhərindən Sent-Corc şəhərinə köçürülüb. Həmin şəhərdə may ayında suyun temperaturunun 14-15 dərəcə C olması, velosipedlə 2200 metr, qaçışda isə 500 metr yüksəlmə bu çempionatın “Ironman” tarixindəki ən çətin yarış hesab edilməsinə səbəb oldu.

 

Bunlarla yanaşı, günəşin yandırıcı şüaları qaçışı və velosiped sürməyi daha da mürəkkəbləşdirib. Ağır şərtlərə baxmayaraq, Aydın Kərimov “Ironman” dünya çempionatındakı tam məsafəni başa vuraraq bayrağımızı dalğalandıran Azərbaycanın ilk təmsilçisi olub.

 

Ümumilikdə “Ironman” yarışının tam məsafəsi 3,8 kilometr üzgüçülük, 180 kilometr velosiped yürüşü və 42,2 kilometr qaçışdan ibarətdir. Məhz bu səbəbdəndir ki, yarışa verilmiş 3800 ərizəyə baxmayaraq, yalnız 2800 iştirakçı qoşula bilib və onların 20%-i missiyanı tamamlaya bilməyib. Digər yarışlarda isə bu göstərici 7%-ə bərabər olurdu.

 

Aydın bu yarışın öhdəsindən 14 saat 15 dəqiqədə gəlməyi bacarıb. Bu yarışla birlikdə o, üç dəfə “Ironman” (“dəmir adam”) titulunu qazanıb. Barselonada keçirilən ilk yarışı 10 saat 50 dəqiqədə, Tallindəki digər yarışı isə 11 saat 53 dəqiqədə tamamlayıb.

 

Aydın Kərimov təkcə “Ironman” marafonlarında iştirak etmir, həm də triatlonu fəal şəkildə təbliğ edir. Aydın METAK şirkətinin icraçı direktoru olması ilə yanaşı, həm də çoxsaylı azərbaycanlı triatlonçuları birləşdirən “AlphaTriClub”ı yaradıb. Klub ölkəmizdə triatlon idman növünü böyüklər və uşaqlar arasında təbliğ edir və yarışlar təşkil edir. Biz Azərbaycan təmsilçisinin triatlon kimi idman növündə iştirakı ilə fəxr edir və millilərimizin sayının dünya çempionatlarında artmasına inanırıq.

 

https://www.instagram.com/aydin.karimov/

https://www.facebook.com/Karimov.Aydin

https://www.youtube.com/c/AydinKarimov28

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı