Qobustanda elektron musiqi gecəsi

11:57 09-06-2022 | icon 726 | Mədəniyyət
Qobustanda elektron musiqi gecəsi

Azərbaycanda elektron musiqinin bayraqdarı hesab olunan “Solong” layihəsi ənənə və ideologiyasına sadiq qalaraq bu dəfə Qobustanda yeni tədbirə hazırlaşır.

 

18 iyun Qobustan Milli Tarix-Bədii qoruğunda etnik və proqressiv musiqi tezliyində xarici və yerli DJ-lər çıxış edəcəklər.

 

Qeyd etmək lazımdır ki, bu möhtəşəm və fərqli gecəyə hazırlıq işləri heç də asan olmayıb. Qayaların vizuallaşdırılması, işıqlandırılması üçün “Solong” layihəsinin əməkdaşları 1 həftəyə yaxın çalışıblar. Bu isə o deməkdir ki, elektron musiqi həvəskarları həmin gecə qeyri-adi işıq şousunun şahidi olacaqlar. Həmçinin şouda tarix və müasirliyin sintezi bir arada təqdim ediləcək.

 

Tədbirin xüsusi xarici qonaqları dünyaca məşhur İsraildən Sahar Zangilevitch və Türkiyədən Murat Uncuoğludur. Yerli DJ-lərin siyahısında isə Elcheen, U-Who və Maya Aziz yer alıb.

 

“Back to origin” adı ilə təqdim olunan bu layihə “Solong”un “Coca-Cola” ilə birgə əməkdaşlığı çərçivəsində baş tutacaq.

 

Yaxın günlərdə həyata keçəcək tədbirin xüsusi konseptdə hazırlanmasının məqsədi ölkənin mədəni irsini beynəlxalq arenada yüksək səviyyədə təbliğ etməkdir.

 

Biletləri iticket.az saytından onlayn formada və “iticket” satış məntəqələrindən əldə edə bilərsiniz. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...