"Rusiyanın Qarabağla bağlı fərqli planları var”

17:09 10-06-2022 | icon 654 | Geopolitika
"Rusiyanın Qarabağla bağlı fərqli planları var”

 

 

 Xəbər verildiyi kimi iyunun 10-da İrəvanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov yenə erməni ağzını açıb. Lavrov Fərrux kəndi ilə bağlı erməni jurnalistin sualına ya xəritədən bixəbər, ya da bilərəkdən təxribatçı mövqe səgiləyib. Deyib ki, Fərrux kəndindəki vəziyyət Rusiya sülhməramlılarının diqqət mərkəzindədir və “delimitasiya ilə bağlı əsaslı işlərin tərkib hissəsi kimi bu məsələyə də baxılacaq və həll olunacaq”.

O da məlumdur ki, Azərbaycan XİN-i buna reaksiya verərək Lavrovu yerində oturdub: “Qeyd etmək istərdik ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi, məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür. Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”.

 

Qeyd: Fərrux Azərbaycanın Qarabağ inzibati ərazisində yerləşən kənddir və ordumuzun nəzarəti altındadır. Bu kəndin delimitasiyaya, sərhəd müəyyənləşməsinə heç bir aidiyyatı yoxdur.

 

Bütün hallarda məsələ ilə bağlı müxtəlif versiyalar önə çəkilir. Maraqlıdır, Sergey Lavrov Ermənistan səfərində Fərrux kəndi ilə bağlı təxribatçı bəyanatını düşünülmüş şəkildə səhv verib, yoxsa, onun Fərrux kəndinin Azərbaycan-Ermənistan dövlət sərhədindən kənarda yerləşməsi və sərhədlərin müəyyənləşməsi prosesinə aidiyyatının olmadığı barədə məlumatı yoxdur?

 

 

Versus.az xəbər verir ki, politoloq Rəşad Bayramov  açıqlamasında bildirib ki, Serqey Lavrov proseslərdən bixəbər olan hər hansı bir adam deyil. O kifayət qədər məlumatlıdır və Fərrux kəndinin də Azərbaycan-Ermənistan dövlət sərhəddində yerləşmədiyini yaxşı bilir. Bunu bilə-bilə bu məsələnin delimitasiya prosesi çərçivəsində həll edilməli olduğunu iddia edirsə demək ki, məqsəd başqadır və sadəcə erməniləri sakitləşdirmək üçün verilmiş bəyanat da deyil.

 

 

Politoloq hesab edir ki, Lavrovun bəyanatı Rusiyanın mövqeyidir.

 

“Hesab edirəm ki, bu bəyanata Rusiyanın xüsusilə son dörlərdəki davranışı prizmasından baxmaq lazımdır. Məlumdur ki, bir neçə vaxtdır Rusiyaya bağlı rəsmi və qeyri-rəsmi çevrələrin Azərbaycan əleyhinə təxribatları geniş vüsət alıb. Putinin “Qarabağda hələ çoxlu problemlər var və ən əsası da təhlükəsizliklə bağlı problemlərdir” -bəyanatının ardınca Lavrovun “biz Ermənistanın müdafiə qabiliyyətinin artırılması üçün hər şeyi edəcəyik” -deməsi bu təxribatların səviyyəsini daha da artırıb. “RİA-Novosti”nin məlum həyasızlığı, ardınca Qarabağda müvəqqəti yerləşmiş Rusiya “sülhməramlıları”nın Ermənistan baş prokuroru Artur Davtyanı Azərbaycanın beynəlxalq axtarışa verdiyi Araik Arutyunyanla görüşmək üçün Xankəndinə buraxması, Qarabağda yük maşınlarımızın saxlanılaraq saatlarla yoxlanılması, “sülhməramlılar”ın gözü qarşısında erməni terorçularının ərazilərimizdə səngər qazması, Rusiya Dövlət Dumasının üzvü Zatulinin təxribatçı açıqlamaları və indi də sərhədlərin müəyyənləşməsi ilə bağlı məsələni öz manapoliyasına almaq istəyən Rusiyanın Xarici İşlər Nazirinin bu cür bəyanatı dediklərimin bariz sübutudur”.

 

 

R.Bayramov Lavrovun səhvən və ya məlumatsızlıq səbəbilə bu cür bəyanat vermədiyini sübut edən digər faktlara diqqət çəkib. Onun sözlərinə görə, faktlar bu proseslərin birbaşa eyni mərkəzdən, yəni Kremldən idarə olunduğunu sübut edir.

 

“Məsələn, Rusiya Mədəniyyət Nazirliyi erməni rəssam Edmond Petrosyanın iyunun 18-dək Moskvada Şərq xalqları Dövlət İncəsənət Muzeyində keçiriləcək “Dağlıq Qarabağın sirləri” adlı sərgisini elan edib. Təkcə sərginin adı belə ölkəmiz əleyhinə Rusiya rəsmi strukturuna bağlı daha bir özbaşınalıqdır. Mən hələ həmin sərgidə təqdim olunacaq rəsm əsərlərində nələrin təsvir olunduğunu demirəm.

Bütün bunlar verilmiş bəyanatların və baş verən təxribatların vahid mərkəzdən idarə olunduğuna şübhə yeri qoymur. Əgər belə olmasaydı Rusiyanın rəsmi dövlət agentliyi olan “RİA Novosti” öz səhifəsində və rəsmi məlumatlarında Azərbaycan ərazilərini erməni adları ilə qeyd edən Rusiya Müdafiə Nazirliyi, müvəqqəti olaraq yerləşdikləri ərazilərdə separatçılara hər cür dəstək verən Rusiya “sülhməramlıları” və ən nəhayət Rusiya Xarici İşlər və Mədəniyyət Nazirlikləri indiyə qədər Azərbaycan tərəfindən edilmiş rəsmi etirazlardan dərs çıxarar və buna uyğun müvafiq addımlar atardılar.

Bu addımlar atılmırsa və əvəzində hər gün yeni təxribatlara şahidlik ediriksə demək ki, Rusiyanın Qarabağla bağlı fərqli planları var”.

 

 

Politoloq bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasına hər iki ölkəyə təsir imkanlarını və nəticədə bölgədəki mövcudluğunu itirmək təhlükəsi kimi baxır.

“Rusiya buna görə bütün imkanları ilə təxribatçılara rəvac verən davranış sərgiləyir”. (hafta.az)

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...