Türkiyəni hədələyən ölkəyə SƏRT CAVAB

14:33 14-06-2022 | icon 588 | Dünya
Türkiyəni hədələyən ölkəyə SƏRT CAVAB

“İstənilən nöqtəni məhv edərik”

 

Yunanıstanın razılaşmaları pozaraq 23 adada silah və canlı qüvvə yerləşdirməsindən sonra Ankara-Afina xəttində gərginlik artmağa başlayıb.

 

Mütəxəssislər Egey dənizində 3000-ə yaxın qaya və adanın olduğunu və onlardan 152-nin statusunun qeyri-müəyyən olmasına baxmayaraq Yunanıstanın işğalı altında olduğunu bildirirlər.

 

Təqaüddə olan türk ordusunun pilotu general-mayor Bəyazid Karataş Egeydəki bu quru ərazilərinin silahlandırılmasının gərginliyi artıracağını deyib. Karataş Yunanıstanın əsas məqsədinin Türkiyəni Qərbdən mühasirəyə almaq və Egey dənizini “yunan gölü”nə çevirmək olduğunu söyləyib. General Afinanın Avropa Birliyi və NATO-nun təşviqlərindən sui-istifadə edərək adalarını “Yunanıstan əraziləri”nə çevrirdiyinə diqqət çəkib.

 

Ehtiyatda olan polkovnik Gürsəl Tokmakoğlu da sözügedən su hövzəsində yüzlərlə ada və qayanın olduğunu, Yunanıstanın beynəlxalq konvensiyaları pozaraq bu naməlum torpaqları ələ keçirdiyini bildirib. Onun sözlərinə görə, Afinanın Çikaqo razılaşmasını pozaraq təsir dairəsini 10 mil uzağa daşımaq cəhdi açıq şəkildə hüquq pozuntusudur. Ukrayna müharibəsindən sonra Yunanıstanın gərginliyi artırmasının səbəbindən danışan Tokmakoğlu qeyd edib ki, qərbli aktorlar Afina vasitəsilə Şərqi Aralıq dənizini “Avropa gölü”nə çevirmək istəyirlər.

 

Polkovnik yunan admiral Yanis Eqolfopulosun “Larisadan 3 raket atsaq, İstanbul körpülərini vurarıq” təhdidini “dəli cəfəngiyyatı” adlandırıb:

 

“Yunanıstanın belə bir əməliyyat aparmağa gücü yoxdur. Türkiyənin erkən xəbərdarlıq sistemləri və hava hücumundan müdafiə silahları buna imkan vermir. İstanbulu vurmaq üçün onların keçməsi lazım olan ciddi qalxanlarımız var. Bu cür açıqlamaların reallıqla heç bir əlaqəsi yoxdur və ciddi qəbul edilməməlidir”.

 

General Karataş da Türkiyənin Yunanıstanın bütün strateji nöqtələrini məhv edə biləcək silah və sistemlərə malik olduğuna diqqət çəkib:

 

“Havaya qalxan yunan təyyarələrinin geri dönəcək yerləri yoxdur. Yunan döyüş təyyarələri Türkiyənin qərbindəki məhdud hədəfləri vura bilər. Bununla belə, Türkiyənin hava və quru silahları Yunanıstanın bütün strateji mərkəzlərini yuxarıdan aşağıya çökdürə bilər. Yunanıstan kürəyini ABŞ və Avropa Birliyinə söykəyən Ukraynanı özünə örnək götürərək bilməlidir ki, nə Avropa, nə də ABŞ onun üçün mübarizə aparacaq”. /Teleqraf.com/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...