Yeni xəstəliyin yayılmasına görə fövqəladə iclas keçiriləcək
Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi xəstəliyinin dünyaya yayılma təhlükəsini qiymətləndirmək üçün fövqəladə komitənin iclasını çağırıb.
Bunu təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
O, qeyd edib ki, iclas cümə axşamı, iyunun 23-də baş tutacaq.
Məlumata görə, bu il 39 ölkədə 1600 təsdiqlənən və 1500 şübhəli meymunçiçəyinə yoluxma hadisəsi və 72 ölüm qeydə alınıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"