Emin yay sezonunu açıq elan etdi

19:17 19-06-2022 | icon 447 | Şou-biznes
Emin yay sezonunu açıq elan etdi

Xalqın sevimlisi, Azərbaycanın xalq artisti Emin Ağalarov Bakıda, Xəzər dənizinin sahilində yerləşən “Sea Breeze”də köhnə və yeni bəstələrini ifa edərək, 2022-ci ilin iyun-avqust ayları arasında baş tutacaq Summer LIVE layihəsi çərçivəsində yay tədbirləri mövsümünə start verdi. 

 

Versus.Az xəbər verir ki, bu yay mövsümündə “Sea Breeze”-in məşhur konsert səhnəsində Coni (2 iyul), Zivert (16 iyul), Kənan Doğulu (27 iyul) da yer alacaq.

 

Konsert başlamazdan əvvəl Emin Azərbaycan mediasının nümayəndələri ilə görüşüb, onları maraqlandıran sualları cavablandırdı. Emin gələcəkdəki planları haqqında danışaraq, bildirdi ki, öz layihələrindən əlavə, oktyabrın 25-də Bakıda Heydər Əliyev Sarayının səhnəsində keçiriləcək əfsanəvi Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş tədbirə də hazırlaşır.

 

Bu konsrtdə Azərbaycanın ulduzların çıxışları nəzərdə tutulub. "Oktyabrın 28-də isə Moskvada konsert olacaq. Orada rusiyalı sənətçilərin iştirak edəcək. Təşkilatçı mən deyiləm, amma kömək etməyi öz öhdəmə götürmüşəm. Ola bilsin, Rusiyadan olan ifaçılar da Bakıya gəlsinlər” - Emin dedi.

 

Emin bildirib ki, 5 illik fasilədən sonra yenidən prodüser Rob Qoldstounla beynəlxalq musiqi layihəsinə başlayıb. Ağalarov adını hələlik sirli saxlamaq istədiyi dünya şöhrətli prodüserlə də əməkdaşlıq etmək niyyətini bildirdi. Yalnız həmin prodüserin Uitni Hyuston, Selin Dion, Toni Brekston və başqa ulduzlarla çalışdığını qeyd etdi. "Hazırda Elvis Preslinin mahnılarından ibarət böyük albom hazırlayırıq. Tezliklə, bu yay onun həyat və yaradıcılığına həsr olunmuş film də işıq üzü görəcək. Onun bəstələri həmişə repertuarımdadır. Elvis Presli və Müslüm Maqomayev mənim kumirlərimdir "deyə, müğənni etiraf edib.

 

Emin gələn il, dörd ildən sonra Bakıda “JARA” beynəlxalq musiqi festivalını keçirə biləcəyini də ümid edir, və əmindir ki, əvvəlkindən daha möhtəşəm olacaq. Bu il layihə Qazaxıstanda həyata keçiriləcək, lakin aristlərin sıx cədvəlləri səbəbindən bu festival payızda ke çiriləcək. "JARA" qastrol festivalıdır. Pandemiyadan əvvəl biz İsrail, Almaniya ilə müqavilələr bağlayıb, Amerika ilə danışıqlar aparmışıq. Koronavirus bütün planlarımızı alt-üst etdi. Bütün bu əməkdaşlıqlar aktivdir, ona görə də imkan olan kimi biz onları həyata keçirəcəyik. Amma mən istərdim ki, əsas festival Bakıda qalsın”, - deyə Ağalarov bildirib.

 

Son zamanlarda ifaçı bütün yeni hitlərinin müəllifi olan Konstantin Nonikovun yaratdlğı mahnılara üz tutub. Onların 15 illik əməkdaşlığına baxmayaraq, bu yaxınlarda Nonikov sənətçi üçün mahnılar yazmağa başlayıb. Ələxsus da, müğənninin dediyinə görə, o, bəstələrinin bütün studiya işlərini görüb. Söhbət əsnasında müğənni həm də bildirdi ki, yaxın vaxtlarda Sea Breeze-də pulsuz çimərlik fəaliyyət göstərəcək - layihə artıq hazırdır və tezliklə həyata keçiriləcək. Konsertdə baş verənlər. Emin konsertə niyə ara verdi? Emin müsahibə verdiyi zaman konsertə gələn tamaşaılar artıq yerlərini tutub ifaçını səbirsizliklə gözləyirdilər. Oturacaqlarda, Fan zonasında bir dənə də olsun boş yer yox idi. EMİN insanlara bayram bəxş etməyi bacarır – bunu onun pərəstişkarları çox yaxşı bilir. Konsert başlayandan sonadək izləyicilər Eminin ifa etdiyi mahnıları onunla bərabər oxdular. EMIN bu sevgini hiss edir və qarşında olan fntlarına bu sevgini artıqlaması ilə onlara qaytarır. Müğənni səhnədən hər bir dinləyicisinə hörmət və ehtiram bəsləyir. “Sevimli Bakım, mərhəmət və inanılmaz sevgi dolu axşam üçün təşəkkür edirəm” deyən sənətçinin səmimi etirafları gecəni daha da unudulmaz etdi.

 

Hamının sevimli hiti olan “Gəl Bakıya qaçaq” səslənir, ardınca isə bütün EMINin konsertlərinin ən parıltılı anı – təkrarolunmaz “Mavi Əbədiyyət” kompozisiyasının ifası gəlir. Böyük monitorda isə əfsanəvi Müslüm Maqomayev Einlə bərabər çıxış edir. Tamaşaçılar yerlərindən qalxaraq ustadın xatirəsini ayaq üstə yad edirlər. Konsertin gedişatında daha bir əhvalat baş verdi ki, bu da bir daha Eminin sadə və insansevərliyini təsdiq etdi. Fan-zonada olan pərəstişkarlaran biri huşunu ititrərək, yerə yəxəldı. Emin bunu görərək, dərhal təcili yardımı səskəyərək, səhnədən tamaşaçılaın yanına tullanıb ilk yardımını yetirdi. Onu qucağına alaraq, həkimlərə təhvil verdi. Sonra səhnəyə dönərək, konserti davam etdi. Sonda isə atəşfəşanləğın müşayiəti ilə hamının sevdiyi “Mənim Azərbaycanım” (“Мой Азербайджан”) mahnısı səslənəndirərək, tamaşaçıları riqqətə gətirdi. Heç kiim konsertdən getmək istəmirdi və alqışlarla davamını tələb edirdi. Bu bir həqiqətdir ki, Eminin mahnılarından doymaq olmur.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR