Baş nazirin tərəddüdü və əsassız iddiaları

06:35 21-06-2022 | icon 386 | Siyasət
Baş nazirin tərəddüdü və əsassız iddiaları

Fuad Əliyev: "Azərbaycan heç nə itirmir, qoy İrəvan fikirləşsin”

 

Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında vacib xəbərdarlıqlar etdi. “Yeni Müsavat” yazır ki, dövlət başçısı Ermənistana mühüm siqnallar ötürdü və “hər iki tərəf xoş məramla çalışsa, biz sülh sazişini bir il ərzində imzalaya bilərik” söylədi.

 

Prezident Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsinin regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunu olduğunu bildirdi. Bəs, Ermənistan bir ilə ağıla, sülhə gələcəkmi?

 

Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev açıqlamasında Prezidentin açıqlamalarının Ermənistanla yanaşı bu prosesdə iştirak edən tərəflərə də mesaj olduğunu bildirib.

 

ALDP lideri İrəvanın sülhdən qaçışı olmadığını hesab edir:

 

“Paşinyan da etiraf etdi ki, sülh olmasa, Ermənistan məhvə məhkumdur. Ölkənin yenidən vassal kimi mövcudluğu davam edəcək. Əgər sülh sazişi imzalanmasa, ərazi bütövlüyümüzü tanımasalar, bundan itirən Azərbaycan yox, Ermənistan olacaq. Ona görə erməni baş nazir ”papağını qabağına qoyub" götür-qoy etsin, erməni cəmiyyətini sülhə hazırlasın. Bu həm də Türkiyə-Ermənistan münasibətlərinin inkişafına xidmət edəcək və Avropaya pəncərəsi açılacaq. Belə fürsətləri əldən vermək, mənasız iddialar irəli sürərək yaşamaq Ermənistanı inkişafdan saxlayacaq".

 

Fuad Əliyevin fikrincə, qarşıdakı bir ildə irəliləyişlərin olması mümkündür:

 

“Əvvəlcə kommunikasiyalar işə düşməlidir. Paralel şəkildə delimitasiya işi getməlidir. Yəni bu iki razılaşma qoşa addımlamalıdır. Paşinyan özü də bəyan edir ki, sülh müqaviləsi üçün imkanlar var. O halda əsassız iddiaları kənara qoyaraq, sülh müqaviləsinə doğru addım atmaq lazımdır. Azərbaycan heç nə itirmir, qoy İrəvan fikirləşsin”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı