"“Bu məscidlər bu gün Azərbaycana gələn bütün qonaqları heyran edir"-açıqlama

17:23 22-06-2022 | icon 397 | Siyasət
"“Bu məscidlər bu gün Azərbaycana gələn bütün qonaqları heyran edir"-açıqlama

 

  

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın dinimizə, milli-mənəvi dəyərlərimizə diqqət və qayğısı hər zaman yüksək olub. Biz Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin davamlı olaraq məscidləri ziyarət etdiklərinin şahidi oluruq”.

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycanda məscidlərin, dini məbədlərin bərpası, cənab Prezidentin Məkkəyə ziyarəti, işğaldan azad olunmuş ərazilərdə dini məbədlərimizin bərpasına xüsusi diqqət, dövlət başçısı və birinci xanım tərəfindən  Ağdam, Şuşa  məscidlərinin ziyarət edilməsi, ora Quran gətirilməsi və sair məsələlərlə bağlı açıqlamasında bildirib.

 

 

C.Məmmədovun sözlərinə görə, Prezident və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dinimizə, milli-mənəvi dəyərlərimizə diqqət və qayğısının işğaldan azad olunmuş ərazilərdə də açıq şəkildə görünür.

 

 

“Bu gün Ağdamda, Şuşada, Zəngilanda bilavasitə cənab Prezidentin və Mehriban xanımın diqqət və qayğısı ilə yeni məscidlər, dini ibadət ocaqları inşa, təmir və bərpa olunur.

 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qarabağa və Şərqi Zəngəzura bütün səfərlərində məscidlərə gedərək orada dualar edirlər. Hətta özləri ilə bərabər apardıqları Quranı da məscidlərə hədiyyə edirlər.

Eyni zamanda bu gün Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fond işğaldan azad olunmuş ərazilərdə məscidlərin tikintisi ilə bağlı böyük işlər həyata keçirilir, Şuşa və Zəngilan məscidləri Fond tərəfindən təmir və bərpa olunur.

Eyni zamanda bu işlər Şuşada və digər ərazilərdə gedir. Həmçinin, Daşaltıda, Hadrutda, Suqovuşanda bilavasitə Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı ilə yeni məscidlər inşa olunur. Təkcə azad olunmuş bölgələrdə yox, Bakıda, Şamaxıda bu işlərin yüksək səviyyədə həyata keçirildiyini görürük”.

 

 

C.Məmmədov eyni zamanda qeyd edib ki, son illər Bakıda Bibiheybət, Təzə Pir, Şamaxı Cümə məscidlərində də yüksək abadlıq, quruculuq işləri həyata keçirilib.

 

 

“Bu məscidlər bu gün Azərbaycana gələn bütün qonaqları heyran edir. Bu yerlər Azərbaycanda İslam dünyasının gözəl, füsunkar ibadət yerlərindən birinə çevrilib və elə təqdim edilir.

 

Eyni zamanda, Prezident İlham Əliyevin din sahəsinə böyük diqqət və qayğısının göstəricisi Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır. Prezident İlham Əliyev bir müddət bundan əvvəl İnstitutun yeni binasının açılışında iştirak etdi.

Bu gün bu İnstitut bölgənin aparıcı ali dini təhsil müəssisələrindən birinə çevrilib, yeni bina ilə təmin olunub. Bu gün Azərbaycan öz milli kadrlarını hazırlayır və bu istiqamətdə mühüm addımlar atır.

 

Onu da qeyd edək ki, Azərbaycanda təkcə müsəlman dini abidələrinə deyil, digər dinlərin də dini ibadət yerlərinə yüksək diqqət və qayğı göstərilir.

 

Qeyd olunanlara əsasən tam əminliklə söyləyə bilərik ki, bu gün ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğı var. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın əsas tolerantlıq və mutlikulturalizm mərkəzlərindən birinə çevrilib”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR