Partiya sədrləri bu dəfə Zəngilanda - REPORTAJ

10:55 24-06-2022 | icon 657 | Qarabağ
Partiya sədrləri bu dəfə Zəngilanda - REPORTAJ

40 siyasi partiyanın 46 nümayəndəsi, 6 tanınmış politoloq və 19 jurnalist iştirak edib

 

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloqun işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb.

 

Versus.az xəbər verir ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist iştirak edir.

 

Onlar əvvəlcə Cəbrayıl rayonuna səfər edəcəklər. ANAMA nümayəndələri tərəfindən iştirakçılara aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat veriləcək.

 

Daha sonra isə partiya sədrləri Zəngilan rayonuna yola düşəcəklər. Onlar rayonda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olacaqlar.

 

Qeyd edək ki, bu, iqtidar və müxalifət nümayəndələrinin azad edilmiş ərazilərə sayca dördüncü səfəridir.

 

**
 
 
 
 
 
 
İşğaldan azad olunmuş əraziyə ezam olunan jurnalist Arzu Zeynallı Cəbrayılda - Lələtəpə - fotolentə aldığı kadrlarla bizə xəbər verir: 
 
 
"Torpaqlarımız erməni işğalçıları tərəfindən dağıdılıb, yandırılıb. Buna görə çox kədərliyəm. Erməni vandallarının simasıdır bu xarabalıq... Dünya, beynəlxalq məhkəmələr bunun hesabını soruşmalıdır. Ona şükr edirəm ki, azaddır, biz o yerlərə yenidən qayıtdıq. Yolumuz Zəngilanadır". 
 
 
 
 
 
 
A.Zeynallı bildirib ki, fotokadrlarda müşahidə etdiyimiz sahələr Cəbrayılın Lələtəpə yaxınlığındakı ərazilərdir.
 
 
Burada səfər iştirakçıları ANAMA qrupunun əraziləri minalardan necə təmizlənməsi, zərəsizləşdirilməsi prosesini izləyiblər. Ərazilərdə nə qədər minaların təmizlənməsi barədə media və siyasi partiya nümayəndələrinə məlumat verilib.
 
 
İşğaldan azad olunan və bu gün düşmənin torpaqlarımızda basdırdığı minaların partladılması səhnəsini izləyən nümayəndələr Zəngilana doğru yola davam ediblər.
 
 
Səfəri izləməkdə davam edəcəyik...
 
 
Araz çayı, Naxçıvana - Ordubada gedən dəmir yolu:
 
 
 
 
 
Ağalıya "Ağıllı Kəndə" gedirik... Az qalıb. Erməni faşistlərinin işğal etdiyi, dağıtdığı kəndi öz sahibi, babası olan Azərbaycan azad etdi, bərpa edir, onu gözəlləşdirir....
 
 
 
 
 Ağalıya gedən yoldayıq...
 
 
 
 
Səfər iştirakçıları Həkəri çayının Zəngilandan keçən hissəsində çaya balıq buraxdılar... Qoy sularımız da canlansın, yaşasın, yaşatsın, çağlasın... Düşmənlərin gözü çıxsın, dostlar sevinsin....
 
 
 
 
 
 
 
 
 
Bu da Ağalı...
 
 
Şükür Qovuşdurana... Allah Vətən uğrunda canını qurban verən Şəhidlərimizə rəhmət eləsin!.. Allah qazilərimizə cansağlığı versin! Allah Müzəffər Ordumuza güc, qüvvət versin. Alllah Ali Baş Komandanın "Dəmir Yumruğu"nu daha da möhkəm, qüdrətli etsin!!!
 
 
 
 
44 günlük Vətən Müharibəsinin simvolik abidəsi...
 
 
 
ALDP sədri Fuad Əliyev Zəngilanın Ağalı "Ağıllı kəndi"ndə aparılan bərpa-quruculuq işlərini yüksək dəyərləndirib. Partiya sədri işğaldan azad olunmuş rayonlara edilən səfərlərdə erməni vandalarının törətdiyi dağıntıların hələ də fakt olaraq ərazilərdə qaldığını qeyd etməklə yanaşı, bu gün Ağalıda gördüyü xoş mənzərənin tamamilə başqa bir təəssürat oyatdığını vurğulayıb.
 
 
F.Əliyev bildirib ki, əgər dağıdılmış ərazilərdə erməni işğalının, vandallığının nümunəsini görürdüksə, bu gün Ağalıda işğaldan azad olunan torpağın yaşayış üçün tam yararlı vəziyyətə gətirildiyini, həyatın bərpa edildiyini müşahidə edirik. O, Zəngilanda gördüyü bu gözəl bərpa işlərini Azərbaycanın sülh, əminamanlıq ideyasının bariz nümunəsi kimi önə çəkib. 
 
 
"İşğalçı Ermənistan şəhərlərimizi dağıtdı, viran qoydu, biz - Azərbaycan isə öz torpağını azad etdi, bu gün bərpa edir, gözəlləşdirir. İşğaldan azad olunmuş torpaqlarımızın bərpası əlbəttə ki, bizi ruhlandırır.   
 
 
Artıq Bakıdan Zəngilana qonaq gedən nümayəndə heyəti  Ağalıya - "Ağıllı kənd"ə daxil olur.
 
 
 
Daha sonra qonaqlar "Ağıllı kənd"in sakinləri üçün tikilən evlərdə olublar. Qonaqlar görülən işlərlə tanış olublar. Siyasi partiya sədrləri və digər nümayndələr Zəngilanın yeni kəndində gördükləri xoş mənzərədən çox razı qalıblar. Qısa zaman müddətində bu qədər irəliləyişlərin olmasına görə sevinc hissi yaşadıqlarını
deyiblər. 
 
 
 
 
 
 
"Ağıllı kənd"də evlərdə qonaq olan nümayəndələr daha sonra kəndin idman kompleksinə, xəsətəxana binasında olublar. Gördüyünüz bu tikilinin görünən tərəfi xəstəxanadır. Digər tərəfi isə iddman kompleksi...
 
 
 
 
 
 
 
"Ağıllı kənd"in məktəbində...
 
 
 
 
 
 
Daha sonra Ağalı kəndinin necə qurulması, görülən işlər barədə slayd üzərindən məlumatlar verildi.
 
 
 
 
 
 
Səfər iştirak edən siyasi partiya sədrləri və digər nümayəndələr Zəngilanda xatirə şəkli çəkdiriblər.
 
 
 
 
 
Nəhayət, səfər başa çatıb. Və xoş təəssüratlarla, yenidən o yerlərə qayıtmaq eşqi ilə Zəngilandan Bakıya üz tutublar...
 
 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı