Azərbaycandan Türkiyə-Ermənistan sərhədinin açılmasına RAZILIQ

09:08 04-07-2022 | icon 799 | Gündəm
Azərbaycandan Türkiyə-Ermənistan sərhədinin açılmasına RAZILIQ

İyulun 1-də Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – Serdar Kılıç ilə Ruben Rubinyan arasında növbəti görüş baş tutub. Xüsusi nümayəndələrin görüşü zamanı Türkiyə və Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılmasına razılıq verilib. 

 

“Tərəflər müvafiq olaraq Türkiyə və Ermənistana səfər edən üçüncü ölkə vətəndaşlarının Türkiyə-Ermənistan quru sərhədindən mümkün qədər tez keçməsini təmin etmək barədə razılaşıblar və bu istiqamətdə lazımi proseslərə başlamaq qərarına gəliblər”, - deyə Ermənistan tərəfi məlumat yayıb.


Tərəflər, həmçinin Türkiyə-Ermənistan hava yük daşımalarının ən qısa zamanda qurulması barədə razılığa gəliblər. Bu istiqamətdə də lazımi addımlar atılacaq.

 

 


Bundan əlavə, görüşdə əsas məqsədə - münasibətlərin yekun tənzimlənməsinə nail olmaq üçün digər mümkün tədbirlər də müzakirə edilib. Nümayəndələr prosesin ilkin şərt olmadan davam etdirilməsi barədə razılığa gəliblər.

 

Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı Vyana görüşünün nəticələri barədə açıqlamasında bildirib ki, bu yolla Türkiyə Ermənistanı özündən asılı vəziyyətə salacaq.

 

 

Cihad Yaycı bildirib ki, Türkiyə Azərbaycanın razılığı olmayan heç bir addım atmır: 

 

"Türkiyə və Ermənistan arasında quru sərhədlərinin açılmasına Azərbaycan razılıq verib. Azərbaycan razılıq verməzsə, sərhədlərin açılması mümkün deyil. Ermənistana verilən mesaj budur ki, əgər Azərbaycanla əlaqələrini düzəltsələr, Bakının şərtlərini qəbul etsələr, Türkiyədə münasibətlərin bərpasına müsbət yanaşacaq".

 

Kontr-admiral hesab edir ki, əslində quru sərhədlərinin açılması ilə Ermənistan Türkiyədən asılı vəziyyətə düşəcək:

 

"Bu da bizim əlimizdə fürsət olaraq qalacaq. Əgər Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməsə, o zaman quru sərhədlərinin bağlanması onlar üçün daha böyük problem yaradacaq. Digər tərəfdən quru sərhədlərinin açılması Türk dünyasının ticarət əlaqələrinin genişlənməsinə səbəb olacaq. Bununla bölgədə sülh yaradıla bilər".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"58 ildir bu işlə belə eşqlə məşğul oluram"

 Pensiya yaşı dəyişdiriləcəkmi?

Pensiyalarla bağlı bu şəxslər də SEVİNƏCƏKLƏR

“2023-cü ildən sonra o cür seriyalı danışıqlara qatılmayacağıq”

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin FIRILDAQLARI

TƏCİLİ: Böyrəyində problemi olanlar bunu oxusun

“Qərar ver, qol vur: Futbol meydanından ofislərə idarəçilik və liderlik dərsləri”

“Bu gün əldə olunan uğurlarımızla öyünə bilirik”

“Xarıbülbül” model agentliyi uşaqları dünyaya çıxarır

Yataqxanada olan ailələri məcburi köçürürlər?

Erməni həyasızlığının pik nöqtəsi

Laçına növbəti KÖÇ HAZIRLIĞI

"Qayıdışı könüllü həyata keçirilir və keçiriləcək"

Azərbaycanda üç “goreşən” saxlanıldı

Bu dəfə Çelik gəlir