"Bu uğurun memarı müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Çünki…”

15:03 27-08-2022 | icon 306 | Siyasət
"Bu uğurun memarı müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Çünki…”

 

 

 

 Prezident İlham Əliyev tviter səhifəsində paylaşım etdi: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü.

 

Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"

 

 

Ordumuzun Laçına yerləşməsi, hazırda vəziyyətə nəzarətin miqyası müxtəlif aspektlərdə müzakirə olunmaqdadır.

 

Belə bir ərəfədə ermənilərin rus bayraqları götürüb etiraz etmələri və rus sülhməramlı generalının yeni yola da dəhliz statusu veriləcəyi ilə bağlı çıxışları hansı əks təsiri yarada biləcək?

 

Hazırda vəziyyət hansı istiqamətdə inkişaf edir?

 

Versus.az xəbər verir ki, siyasi şərhçi Aytən Qurbanova şərhində bildirib ki, Azərbaycan ordusunun Laçın şəhərində yerləşməsi 44 günlük Vətən müharibəsində əldə etdiyimiz hərbi qələbənin bizə verdiyi üstünlüklə qazanılmış növbəti diplomatik uğurdur.

 

“Heç şübhəsiz ki, bu uğurun memarı müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Çünki hamımıza məlumdur ki, Laçın dəhlizinin alternativ yola keçirilməsi ilə bağlı müvafiq bənd 10 noyabr üçtərəfli bəyanata məhz Ali Baş Komandanın təşəbbüsü və təkidi ilə salınmışdır. Bu gün Azərbaycan Respublikası həmin bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməklə yanaşı, həm də Ermənistan tərəfinin öhdəliklərinin icrasına da nəzarət etməyə davam edir. Çünki Azərbaycanın əsas məqsədi qarşılıqlı olaraq ərazi bütövlüyünə hörmət prinsipi əsasında regionda sülh və təhlükəsizliyi təmin etməkdir”.

 

A.Qurbanova bildirib ki, bu gün ermənilərin bütün təxribat xarakterli çıxışlarının tam əksinə olaraq bizim aydın və qətiyyətli mövqeyimiz dəyişməz olaraq qalır.

 

“Yeni yol müvəqqəti olaraq rus sülhməramlıların nəzarəti altında ola bilər, amma üçtərəfli bəyanatdan irəli gələn öhdəliklər tam icra olunduqdan sonra sülhməramlıların missiyası bitəcək və Azərbaycan Respublikasının suveren ərazisi olaraq həmin yol üzərində də ordumuzun tam nəzarəti təmin ediləcəkdir”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR