Qanunsuz əməllərə görə 33 protokol tərtib edilib

16:21 17-01-2019 | icon 484 | Cəmiyyət
Qanunsuz əməllərə görə 33 protokol tərtib edilib

 

2018-ci ildə dini təyinatlı ədəbiyyatın ölkəyə idxalı, nəşri və yayılması sahəsindəki vəziyyətin öyrənilməsi, ölkədə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması istiqamətində işlər davam etdirilib.

 

Versus.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, idxalla bağlı 2018-ci il ərzində Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında 1704 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlük, ayrı-seçkilik və radikallığı təbliğ edən 52 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Komitə sədrinin sözlərinə görə, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 192 adda dini ədəbiyyatdan 26-sının çapı məqsədəuyğun sayılmayıb:

 

“741 adda (801 min 307 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunaraq komitəyə göndərilən 437 adda dini təyinatlı ədəbiyyat və materiallardan 38-nin zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib”.

 

M.Qurbanlı vurğulayıb ki, ötən müddət ərzində hüquq-mühafizə orqanları ilə birgə qanunsuz dini fəaliyyətə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı inzibati tədbirlər intensiv şəkildə davam etdirilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 33 protokol tərtib edilib.

 

G.Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR