90 metr hündürlükdə sunami
21-ci əsrdə ən güclüsü sayılan Tonqada (Polineziya) vulkan püskürməsi 90 metr hündürlüyündə sunamiyə səbəb olub.
Bu barədə “Ocean Engineering” jurnalında məqalə dərc olunub.
Məlumata görə Hunqa-Tonqa-Hunqa-Haapay vulkanının püskürmədən yaranan atmosfer dalğaları Yer kürəsini bir neçə dəfə dövrə vurub.
Kül sütunu stratosferə çatıb və 58 kilometr hündürlüyə qalxıb. Alimlərin həyata keçirdiyi kompüter simulyasiyalarına əsasən müəyyən edilib ki, vulkanogen dalğanın uzunluğu 12 kilometr, ilkin hündürlüyü isə 90 metr olub. Bundan başqa püskürməyə görə sunami yaranıb, nəticədə beş nəfər ölüb.
Təbii fəlakət cari ilin yanvarın 15-də baş verib. Bununla belə, Bat Universitetindən professor Məhəmməd Haydarzeyde, həmçinin onun Böyük Britaniya, Yeni Zelandiya, Xorvatiya və Yaponiyadan olan həmkarları bu sunamini araşdırmağa davam edirlər.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"