"Ərdəbildə mollalığını eləsin, oradan bura dil uzatmasın"

08:10 09-09-2022 | icon 617 | Siyasət
"Ərdəbildə mollalığını eləsin, oradan bura dil uzatmasın"

Fuad Əliyev: "Bu, təhqirdir, həqarətdir, düşmənçilik etməkdir"

 

İranın ali dini rəhbəri Seyid Əli Xameneyinin Ərdəbildəki nümayəndəsi və imam cüməsi Seyid Həsən Amili yenə Azərbaycanı hədəf alan açıqlamalarla diqqət çəkib. Bu dəfə məsciddəki çıxışında “Azərbaycanda bir neçə siyasətçini və qəzeti satın ala bilərsiniz, amma buna əmin olun ki, o diyarın Əli şiələrı alınıb-satıla bilən deyil”, - deyə bəyan edib. O, “Azərbaycanın dəyərli xalqından soruşmaq istəyirəm ki, ölkənizdəki anti-İran kampaniyasının kimin əli ilə idarə olunduğu haqda düşünürsünüz?”, - deyə sual da edib.

 

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev açıqlamasında “şirin quyruğu”nun yenə dilinin çıxdığını bildirdi: 

 

“Amiliyə biri izah etsin ki, Ərdəbildə mollalığını eləsin, oradan bura dil uzatmasın. Bu adamın qərəzi, nifrəti haradan qaynaqlanır, bəlli deyil. Çox təəssüf ki, Xameneyinin rəsmi nümayəndəsi belə fikirlər səsləndirir. Bu, təhqirdir, həqarətdir, düşmənçilik etməkdir. Amili Ermənistana niyə dil uzatmır? Bəlkə ermənilərlə ”minilliklərdir" getdikləri yol daha yaxşıdır? Əfsus ki, İran heç cür bizim qələbəmizlə barışa bilmir, 44 günlük müharibənin nəticələri onu yandırır, 2 ilə yaxındır bu şəkildə siyasət yürüdürlər. İndi də siyasət adamlarını satılmaqda ittiham edib, şiələrə xitab etməsi göstərir ki, cəmiyyətin içində bir nifaq salmaq arzusundadır, amma onun kimilərin fitnəsinə kimsə getməz. Sadəcə, İranın şiəlik üzərindən bu çirkin siyasəti aparması rəzalətdir. Azərbaycan hakimiyyəti iranpərəst, Qum, Tehran bağlantısı olanlarla bağlı real araşdırmalar aparmalıdır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR