Bilik Günü qeyd edilməyəcək - SƏBƏB?

09:52 14-09-2022 | icon 491 | Təhsil
Bilik Günü qeyd edilməyəcək - SƏBƏB?

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə Bilik Günü qeyd edilməyəcək.

 

Versus.Az xəbər verir ki, artıq bu barədə məktəb rəhbərlərinə məlumat verilib. 

 

Buna səbəb Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində genişmiqyaslı təxribat törətməsidir.  

 

Belə ki, Bilik Günü ilə bağlı təhsil ocaqlarında tədbir zamanı Dövlət Himni səsləndiriləcək, şəhidlərimizin ruhu yad ediləcək. Eyni zamanda, xüsusi bəzəklərdən və musiqidən istifadə olunmayacaq.

 

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçusu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR