Azərbaycan əsgərini alçaldırsız - HİDDƏT

11:29 21-09-2022 | icon 454 | Siyasət
Azərbaycan əsgərini alçaldırsız - HİDDƏT

Fuad Əliyev: "Çoxdan sizə “tı kto takoy, davay do svidaniya” demişəm..."

 

"Azərbaycan əsgərini alçaldırsız, Şəhidlərin ruhuna hörmətsizlik edirsiz! Azərbaycan xalqı sizləri çoxdan tanıyır, ona görə arxanızca getmir".

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev azərbaycanlı adını daşıyan bir qrup ünsürlərin dövlətimizlə bağlı xəyanətlərinə münasibət bildirərkən deyib.

 

ALDP sədri vurğulayıb ki, 44 günlük müharibənin ilk günlərindən başlayaraq, əldə edilmiş siyasi həmrəylik, siyasi partiyaların Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olmasının, bununla bağlı birgə bəyanat və müraciətlər imzalaması həmin günlərin önəmli hadisələri sırasında oldu və ermənilərin sərhəd təxribatından sonra başlamış qarşıdurma da müxalifət qüvvələri üçün bir sınaq oldu:

 

“Hesab edirəm ki, Ordumuz həmin dəstəyi yenə də gördü. Bütün xalq yenə də Ali Baş Komandanın və əsgərlərimizin yanında oldu. İndi bunlar, cəmiyyətdən təcrid olanlar, bu tör-töküntülərin deməyi ilə deyil. Kimdilər axı bunlar? Ermənilərlə əlbir olanlar, bir mərkəzdən idarə olunanlar, hər tərəfə işləyən "Beşinci kolon" üzvlərindən soruşmaq lazımdır: ermənilər sərhəddə bizim əsgərlərimizə atəş açanda, əsgərlərimiz nə etməliydilər? Sizin hakimiyyətin dövründəki kimi qaçmalıydılar? Qırğızıstan, Tacikistan sərhədində iki gün atışma oldu, hər iki tərəfdən ölən oldu. Amma nə Qırğızıstanda, nə də ki, Tacikistanda heç kimin ağlına gəlmədi ki, sizin kimi bir cəfəngiyyət, əsgəri alçaldan bir fikir desinlər. “Xain əməllər”, “Azərbaycana strateji yüksəkliklər nə üçün lazımdır” kimi ifadələrlə Azərbaycan əsgərini alçaldırsız, Şəhidlərin ruhuna hörmətsizlik edirsiz! Azərbaycan xalqı sizləri çoxdan tanıyır, ona görə də arxanızca getmir. İndi isə xalq bir daha sizin əsl simanızı, ermənilərlə əlbir olduğunuzu gördü. Mən sizləri çoxdan tanıyıram və çoxdan sizə “tı kto takoy, davay do svidaniya” demişəm..."

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sümüklərdə infeksiyalaşma - ƏLAMƏTLƏR və MÜALİCƏ

"Tarkanın hörmətsizliyinə özümüz günahkarıq"

AMİP-in Qurultayı keçirilib

SPECA həftəsinə Azərbaycanın ev sahibliyi etməsi nədən xəbər verir?

"Tarkan tamaşaçılara hörmətsizlik edib"

Günel Qurbanovadan “Dünyamın içində”-yə klip

Sumqayıtı tüstü bürüyüb

Hərbçilərin pensiya yaşı ARTIRILIR

“Napoleon” filminin premyeradan öncə NÜMAYİŞİ

Azad edilmiş ərazilərdə əhaliyə pay torpaqlarının verilməsi GÖZLƏNİLİR

Məktəblinin döyülməsi iddiaları ilə bağlı ARAŞDIRMA

Azərbaycanda ilk dəfə

Qadın karateçimiz ilkə imza atıb

Çinin yeni kəşfi

Azərbaycanın bir sıra bölgələrində qar yağır