"Sərhəd yoxdursa, Azərbaycan Şərqi Zəngəzurdan Qərbi Zəngəzura doğru addımlayacaq"
Akif Nağı: “Belə bir məqamda Azərbaycan qətiyyən öz mövqeyindən geri çəkilməməlidir”
12-13 sentyabr “Qətiyyətli cavab” əməliyyatından sonra Ermənistanın və dünyanın bəzi maraqlı dövlət nümayəndələrinin yaratdığı hay-küy Azərbaycan Prezidentinin Laçına səfəri ilə suya düşdü. Ordumuzun “Qətiyyətli cavab” əməliyyatından sonra ölkə başçısının Laçında Ermənistanın ölkəmizə qarşı təcavüzü, beynəlxalq təşkilatların bu işğalçı siyasətə qarşı susqunluğu, nəhayət II Qarabağ savaşından sonra Azərbaycanın bütün sahələr üzrə öz sözünü qətiyyətlə deməsi ilə bağlı etdiyi çıxışlar və növbəti dəfə Ermənistanın sülhə dəvət edilməsi ölkəmizə qarşı qışqıranların ağzından vurulan sillə oldu. Eləcə də sərhəd boyu əldə olunan mövqelərin istənilən erməni təxribatını qabaqcadan görməyə və önləməyə imkan verməsi – bunun Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərin həm hərbi üstünlük verməsi, həm böyük əraziyə, o cümlədən önəmli kommunikasiya xətlərinə vizual nəzarət imkanı yaratması və sair amillər bir daha vurğulandı və artıq Ermənistanın Azərbaycanı işğalçılıqda ittiham etməsinin əsassızlığı, Ermənistanın iddia etdiyi Azərbaycanla sərhəd xəttində ötən 30 ildə heç bir inşa işlərim aparılmaması, kommunikasiyalar, mühəndis işləri görülməməsi və bu konteksdə həmin iddialarının gülünc və özünüifşa olması önə çəkilməkə, mövcud vəziyyətə bir daha güzgü tutuldu.
Prezidentin Laçın çıxışı Ermənistana hansı xəbərdarlığı verdi, dünya bu dəfə nəyi bildi?
Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən Azad Vətən Uğrunda Partiyasının sədri Akif Nağı önə çəkilən xüsusatlar əsasında Prezidentin Laçından verdiyi mesajları yüksək dəyərləndirib.
A.Nağı bildirib ki, Laçın şəhəri istər işğal və istərsə də danışıqlar dövründə ən mühüm ərazilərdən sayılıb.:
“Ermənilər bu bölgədən geri çəkilmək istəmirdilər. II Qarabağ müharibəsinin gedişində ən ciddi nəticələrimizdən biri Laçının işğaldan azad olunması oldu. Beynəlxalq təşkilatlar, bəzi böyük dövlətlər uzun müddət Laçının, Kəlbəcərin taleyini müzakirə obyektinə çevirmək istəyirdilər. Müharibədə əldə etdiyimiz zəfər hər şeyi öz yerinə qoydu və bu ərazilərlə bağlı hər hansı əlavə müzakirələrə ehtiyacın olmadığını göstərdi. Azərbaycan artıq addım-addım öz məqsədinə doğru gedir”.
A.Nağı hesab edir ki, Prezidentin Laçın səfəri də həm də bu mənada mühüm əhəmiyyətə malikdir. O, bu səfərdə Prezidentin işğaldan sonra Azərbaycanın apardığı abadlıq bərpa işlərinə diqqət çəkib:
“Prezidentin bu çıxışında Murovdan Laçına qədər tunellərin və digər yol infrastrukturunun yenilənməsinin vacibliyi dünya birliyinin diqqətinə bir daha çatdırıldı. Bu gün müəyyən qüvvələr var ki, hələ də həmin ərazilərlə bağlı başqa fikirlər, başqa bir proses ortaya qoymaq istəyirlər”.
Partiya sədri hesab edir ki, belə bir məqamda Azərbaycan qətiyyən öz mövqeyindən geri çəkilməməlidir:
“Bu çox vacib biz məsələdir və biz də Azad Vətən Partiyası olaraq bu istiqamətdə özümüzün qəti mövqeyimizi ortaya qoyuruq. Azərbaycan hakimiyyəti bir addım da gedi çəkilməməli, davamlı şəkildə qarşıya qoyduğu məqsədlərə doğru cızılan xətt üzrə getməlidir. Əgər o xətt həyat keçirilməsə Azərbycanın maraqlarına çox cidi təhlükələr yarana bilər”.
A.Nağı bildirib ki, Prezident Laçında sərhədərin delimitasiya və demorkasiyası ilə bağlı ciddi nüanslara toxunmaqla, Ermənistanı real addımlar atmağa dəvət etdi. Prezident delimitasiya ilə bağlı Azərbaycanın qəti mövqeyini açıqladı:
"Prezident Laçında fərqli illərin xəritələrinin hazırlandığını və hətta 19-cu əsrin xəritələrinə istinad etdi. Bildirdi ki, əks tərəflə bu mövedən çıxış edib bu xəritələr əsasında danışıqlar və razılaşmalar olmalıdır. Bu, hesab edirəm ki, Azərbaycanın düzgün mövqeyidir. Eyni zamanda burda Ermənistana bir təzyiq forması da ifadə olundu: deyildi ki, nə qədər delimitasiyanın vaxtını uzatsanız, o qədər də demorkasiya ilə bağlı razılıq əldə olunmayacaq. Nə qədər ki, sərhəd yoxdur, Azərbaycan Şərqi Zəngəzurdan Qərbi Zəngəzura doğru addımlayacaq. Azərbaycan lideri həm tarixi, həm də real xəritələrə söykənərək öz mövqelərini möhkəmləndiri. Prezident də dedi ki, əgər bizi nədəsə ittiham edirlərsə, gəlib göstərsinlər görüm, hardadır o razılaşdırılmış sərhəd...”
A.Nağı Azərbayacn prezidentinin burda beynəlxalq hüquqa da istinad etdiyini önə çəkib. Onun sözlərinə görə, Azərbaycanın bu münasibəti KTMT tərəfindən də təhlil olundu:
“KTMT-nin ilk açıqlaması bu oldu: Ermənistanın orda sərhədləri görünmədiyi üçün təşkilat da öz nizamnaməsinə uyğun addım ata bilmir. Bir sözlə, proses addım addım irəliləyir və ümummilli məsələlər həm açıqlamalarda, həm hərəkətdə özünü göstərir”.
T.Qafarlı
Versus.az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...