"O zaman bələdiyyələri də ləğv etmək lazımdır"

13:40 30-09-2022 | icon 451 | Siyasət
"O zaman bələdiyyələri də ləğv etmək lazımdır"

Razi Nurullayev: "Müvafiq qanunlara dəyişikliklər edək, məsələ kökündən həll edilsin"

 

Millət vəkili Razi Nurullayev Milli Məclisin bugünkü iclasındakı çıxışında Bələdiyyələrin 2006-2007-ci illər arasında verdiyi torpaq və mülk sənədlərinin taleyinin həll edilməsi barədə məsələnin də müzakirəsini və problemin kökündən həll edilməsinin də payız sessiyasında müzakirə edilməsini istəyib.

 
 
Versus.Az xəbər verir ki, deputat Bələdiyyələrin bu illər ərzində iş adamlarına və vətəndaşlara torpaq alqı-satqısı və icarəsi haqqında sənəd və ödəniş qəbzi verdiyini qeyd edib.
 
 
Razi Nurullayevin sözlərinə görə, indi o qəbzlər Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmir:
 
 
"Səbəb kimi də göstərirlər ki, o vəsaiti gərək bələdiyyələr öz büdcəsinə yox, Əmlak xidmətinin xəzinədarlığına ödəyərdi. Nə iş adamı, nə də vətəndaş bələdiyyə sənədi və qəbzləri ilə hüququnu bərpa edə bilmir. Bələdiyyə sənədləri tanınmır, deyirlər ki, mənasız kağız parçasıdır. Çoxları məhkəmələrə də baş vurur, hüquq firmalarına müraciət edir və məsələ yenə də həll edilə bilmir".
 
 
R.Nurullayev bildirib ki, əgər bələdiyyənin verdiyi sənəd, qəbz tanınmırsa, o sənəd və qəbzlərlə bağlı ləğv qərarı verilsin, vətəndaş və iş adamlarına da kompensasiya ödənilsin:
 
 
"Bələdiyyənin verdiyi sənədləri tanımırıqsa, belə çıxır ki, o zaman bələdiyyələri də ləğv etmək lazımdır. Çox ciddi və minlərlə insanı gecə-gündüz narahat edən məsələdir. Təklif edirəm ki, bu məsələnin araşdırılması ilə bağlı göstəriş verilsin və addımlar atılsın. Müvafiq qanunlara dəyişikliklər edək və məsələ kökündən həll edilsin".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR