"Qarabağın azad olunması ağlayan insanlarımıza bir təsəllidir"

16:17 01-10-2022 | icon 419 | Cəmiyyət
"Qarabağın azad olunması ağlayan insanlarımıza bir təsəllidir"

44 günlük Vətən Müharibəsindən 2 il keçdi. 2020-ci il Sentyabrın 27-də düşmənin hərbi həmlələrinə qarşı əks- hücuma keçən ordumuz 44 gün davam edən savaşda düşməni qovaraq torpaqlarımızdan çıxartdı. Silahlı qüvvələrimiz Vətən Müharibəsi adlanan 44 günlük savaş tarixini qızıl hərflərlə yazdı. Bu müharibədə 3000 Şəhid verdi Azərbaycan xalqı, dövləti. 10 mindən çox yaralı qazimiz oldu. Müharibədən 2 il ötməsinə baxmayaraq müharibənin vurduğu yaralar sağalmayıb...

 

2022-ci il sentyabrın 27-də xalqımız Zəfərə gedən Vətən Müharibəsinin iştirakçılarını, hərbçilərimizi Şəhidlərini qürurla, hüznlə andı. Azərbaycan dövləti fiziki olaraq itirdiyi igid qəhrəmanlarını heç vaxt unutmayacağını, onların geridə qoyduğu Vətən, ana, bacı, övlad əmanətinə sahib çıxacağını, qoruyacağını, öz öhtəlikləri sırasında mühüm yerdə dayandığını bəyan etdi.

Həmin gün Vətən Uğrunda canından keçən şəhidlərimiz, igid döyüşçülərimizin, qazilərimizin döyüş yolu fəxarət hissi ilə yada salındı. 44 günlük Vətən Muharibəsində zəfər tarixi yazan Ordumuzun qəhrəmanlığının gələcək nəsillər üçün bir dərslik, bir nümunə kimi öyrənilməsi, bunun dövlət və xalq üçün açdığı imkanlar bir daha yada salındı.  Heç şübhəsiz ki, 27 sentyabr ANIM GÜNÜ Şəhid ailələrinin düşüncələrində, hisslərində, real həyatlarında bir başqa aləmi yaratdı. Onlara məlhəm ola bildimi?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən “Zəfə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Şəhid ailəsi Sevinc Alızadə 27 sentyabr ANIM GÜNÜnündə Şəhid aillələrini, qaziləri ovunduran və narahat edən məqamlara bir daha toxundu.

 

- Sevinc xanım, sentyabrın 27-də- bizi zəfərə aparan 44 günlük müharibənin başlanmasının 2 -ci ili tamam oldu. Azərbaycan dövləti, xalqı öz qəhrəman şəhidlərini, Qarabağ savaşlarında keçdiyimiz ağrılı, acılı, qürurlu yola nəzər salaraq onları bir daha xatırladı. Bir şəhid ailəsi,  şəhidlərlə bağlı bir ictimai birliyin rəhbəri olaraq 27 sentyabr Anım gününü necə dəyərləndirərdiz?

 

- Dünən Azərbaycan xalqı, dövləti 44 günlük müharibədə canlarından keçən Şəhidlərimizin əbədi xatirəsini andı. Hər bir kəs,  bütün insanlarımız bölgələrdə olan şəhidlər xiyabanlarını, şəhid məzarlarını ziyarət etməyi, onların ruhuna dualar oxumağı özlərinə vəzifə borcu bildi. Biz dünən Azərbaycan xalqının böyüklüyünü, öz qəhrəmanına verdiyi dəyərin əyani, bariz nümunəsirni gördük. 

Mən xalqımızın dövlətin, millətin azadlığı uğrunda şəhid olan oğul və qızlarına necə ehtiramla yanaşdığını 20 yanvar, Xocalı soyqırımı ilə bağlı qeyd olunan matəm günlərində də müşahidə etmişəm. Bu gün də gördüm ki, bu xalq bu cür anım günlərində birləşir, həm şəhidlərini başı üzərinə qaldırır, ucaldır, eyni zamanda öz ehtiramını sədaqətini, Şəhidlər qarşsında öz vətən borcunu, təşəkkür və minnət borcunu ödəmiş olur. Biz bu dəyəri gələck nəsillərə də aşılamağa çalışırıq.

 

- Sizcə 27 sentyabr ANIM GÜNÜ Şəhid ailələrinin həyatlarında, düşüncələrində, hansı məlhəmi qoya bildi, ötən 2 il müddətində Şəhid ailələrində, onlara münasibətdə nə dəyişdi?

 

- ... Mən bir şəhid ailəsi kimi deyə bilərəm ki, bu ağrı mənim üçün, övladlarım üçün heç vaxt azalmadı. Bir insanın itkisini heç nə əvəz edə bilməz. Əgər bu, elə bir qəhrəmanın itkisidirsə, onun yerini heç nə doldura bilməz. Şəhid ailələri qəhrəman övladlarını, qəhrəman ərlərini itiriblər. Onlar o insanlardır ki, vətən yolunda öz canlarını fəda ediblər. Mənə elə gəlir ki, illər ötdükcə insanlar bu acılara məlhəm ola biləcək insanların dəstəyi ilə təskinlik tapmağa çalışır. Həm də biz yaralarımızı sarımağa çalışırıq, Çünki  Qarabağın, ətraf rayonların azad olunması o ağlayan insanlarımıza bir təsəllidir. Hesab edirik ki, onların oğullarının apardığı mübarizə, canlarını fəda etmələri boş yerə olmadı.  Düşünürəm ki, bizim üçün ən böyük məlhəm də budur. Bundan sonra da bizizm üçün ən böyük təskinlik o olacaq ki, torpaqlarımız abad olacaq, millətimiz orda məskən salacaqdır. Bunları gördükcə bizim acılarımız azalar, yaramıza su səpilər.

 

Bilirik ki,  İctimai Təşkilat olaraq, şəhid ailələrində keçirdiyiniz görüşlərdə nəyə şahid oldunuz, şəhidlərin əmanətlərinə münasibət bu gün hansı səviyyədədir, şəhid ailələrin nəyə ehtiyacı var?

 

- Bəli biz mütəmadi olaraq şəhid ailələri ilə görüşürük.  onların övladlarının təhsili, eləcə də sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı bir çox layihələr həyata keçirdirik. Çalışırıq ki, əsasən bölgələrdə işimizi aktivləşdirək.  Artıq 2 nümayəndəliyimizi Cəlilabad və Goranboyda yaratmışıq. Çalışırıq ki, layihələrimizi bölgələrdə də davam etdirək. Çünki  bütün layihələrimizi tək Bakı şəhərinə şamil edib, regionlarda olan şəhid ailələrinin diqqətdən kənarda qalması düzgün olmaz. Biz çalışırıq ki, bütün şəhidlərin xatirəsini yad edək, onların anım tədbirlərində iştirak edə bilək və ailələrinin yanında olaq.

Bəli, bu gün Şəhid əmanətlərinin hər bir vətəndaşımız, sosial  məsuliyyət daşıyan şirkətlər tərəfindən qayğıya ehtiyacı var.  Çünki onların yükü tək bir dövlət qurumunun məsuliyyti üzərində daşınacaq bir yük deyildir. Millət olaraq onlara daim şəfqətlə yanaşmağa borcluyuq.

Şəhid ailələri tərəfindən bizə çox müraciət olur. Bu müraciətlər əsasən işlə təmin olunma, reablitasiya tədbirləri, təhsillə bağlıdır. Biz də çalışırıq ki, əlimizdə olan imkanlardan istifadə edərək bacardığımız qədər onlara köməklik göstərək.

 

- Sevinc xanım, şəhid ailələri dövlətin hansı qayğısı ilə əhatə olunur? Onların övladlarının təhsili, evlə təminatı, işlə təminatı, ümumən yaşayışı necə təmin edilir. Şəhid ailələri ilə bağlı hansı tədbirlərin keçirilməsinə zərurət var?

 

- Məlumdur ki, dövlət şəhid ailələrinə, qazilərimizə müxtəlif fondlar üzərndən dəstək göstərir. Şəhid ailələri mənzillərlə təmin olunur, ailənin müxtəlif yaş həddlərində olan üzvləri öz fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət tərəfindın qayğı ilə əhatə olunurlar. Lakin müşahidələr deməyə əsas verir ki, hələ də qayğıya ehtiyacı olan ailələr var.

Bugünkü gündə xüsusilə regionlarda yaşayan Şəhid ailələrinin evlə təminatının sürətləndirilməsinə ehtiyac var. Çünki hamının Bakıya gəlib qeydiyyatdan keçərək evlə təmin olunması məsələsi mürəkkəbdir. Şəhid ailələri regionlarda şəhidlərin yaşadıqları, məzarlarının yerləşdiyi rayonlarda evlərlə təmin olunmalıdır. Bugünkü günümüzdə şəhid ailələrinin qarşılaşdığı ən böyük problem odur. Şəhid xanımlarının məşğullluğu ilə bağlı problemlər var. Onların peşə yönümlü ixtisaslara yiyələnməsi üçün böyük layihələrin həyata keçirilməsinə ehtiyac var.

 

- Məlumdur ki, vaxtaşırı Şəhid ailələri ilə bağlı məmurlar tərəfindən yaradılan müəyyən problemlərin olmasından danışılırdı. 2 il sonra vəziyyət necə dəyişib. Və Şəhid ailələrinin özündə, davranışlarında hansı neqativlərin aradan qaldırılmasını önə çəkərdiz?

 

- 2 il ərzində məmurların münasibətində dəyişikliyin müsbət istiqamətdə getdiyini söyləmək olar. Bu da ictimai qınaq və ictimai təşviqin nəticəsindədir.  Artıq hər biri dərk edir ki, bu vətənin azadlığı, bütövlüyünün əldə olunasında  ilk növbədə onlara borcluyuq. Torpaqlarımızın azad olunmasında hər bir şəhidimizin haqqı var və biz o haqlara sahib çıxmalıyıq. Məncə artıq məmur özbaşınalıqlarının qarşsı alınmaqdadır.

Digər tərəfdən Şəhid ailələri də o ada hörmət etməlidir. Şəhid ailələri elə bir qəhrəmanların ailələridir ki, onlar həmişə yüksəkdə olmalıdırlar. Onlar həmişə öz davranışlarında qəhrəmanlarını yaşatmağı bacarmalıdırlar. Ətrafdakılara gələcək nəslə nümunə olmalıdırlar. O qəhrəmanların adına layiq yaşamağı bacarmalıyıq və çalışmalıyıq ki, onların xatirəsini daim başımın üstündə tutaq. Əminəm ki, o qəhrəmanları yetişdirən ailə də bu mənəvi yükün ağırlığını dərk edib və bu yükü şərəflə daşımağa qadir olacaqdır.

 

- Qazilərin sosial həyatlarının yaxşılaşması, əlilliyin təyinatı, müalicələrinin aparılması və sair məsələlərlə bağlı hansı nüanslar hələ də həlllini gözləməkdədir?

 

- Əlillərin rebilitasiyası ilə bağlı mütəmadi olaraq işlər gedir. Bəzən elə hallar olur ki, sorğunun düzgün verilməməsi problemin vaxtında həll edilməməsinə səbəb olur. Biz bu istiqamətdə də köməkliyimizi əsirgəmir, sorğunun düzgün yönləndirilməsi ilə bağlı məsləhətlər veririk. Vətən Müharibəsi ilə bağlı əlillliyin təyinatı prosedurları hələ də davam edir. Əminəm ki, əlillərin davamlı reblitasiya kursları keçməsi onları sağlamlığına qovuşduracaqdır. 

Allahdan hər bir Şəhidimizə rəhmət diləyirəm, Qazilərimizə şəfa diləyirəm. Alah Azərbaycanı qorusun, dövlətimizi qorusun! (Həftə-içi)

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR