"Biz özümüz Qarabağda qayda-qanun yaratmalıyıq"

16:21 01-10-2022 | icon 455 | Geopolitika
"Biz özümüz Qarabağda qayda-qanun yaratmalıyıq"

Elxan Şahinoğlu: “Sülh sənədi imzalanmasa bundan ən çox zərər görən Ermənistan olacaq”

 

Ermənistan Azərbayacanla sərhəddə təxribatlar törətməkdən əl çəkmir.  Ermənistanın hərbi təxribatları regionda gərginliyi uzatmaqdadır və son 13-14 sentyabr hadisələrindən nəticə çıxarmayan revanşistlər Azərbaycanı növbəti addımlar atmağa məcbur qoyur. Ermənistan regionda gərginlik ab-havasını saxlamaqla, beynəlxalq ictimai rəylə manipulyasiya edir və Azərbaycanı hədəfə gətirməyə çalışır. Bunun ölkəmizə təsirləri nə dərəcəd realdır?

 

Politoloq Elxan Şahinoğlu Versus.az-a şərhində bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan nə qədər “sülh sazişini gündəm” hesab etsə də prosesləri uzatmaqla məşğuldur. 

 

Politoloq qeyd edib ki, bu gün ermənilərin təxribat törətdiyi Qarabağda, Azərbaycan daxilində həllini gözləyən 3 məsələ var: sülh sazişi, dəhlizin açılması, sərhədlərin müəyyənləşməsi:

 

“Bunlar baş vermədiyinə görə təmas xəttində gərginlik  davam edir. Paşinyan bir tərəfdən deyir ki, guya sülh müqaviləsi hazırlamağa hazırdır, ikinci bir tərəfdən "Dağlıq Qarabağ" ifadəsi işlədir, "status" deyir. Halbu ki, sülh sazişi olacaqsa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Əgər bu yoxdursa, heç bir sülh sazişindən söhbət gedə bilməz”.

 

Tərəflərin ABŞ-ın təşəbbüsü ilə oktyabrın 6-da Praqada görüşünün olacağını qeyd edən E.Şıxəliyev proseslərin ziqzaqlı şəkildə sürətlə inkişaf etdiyini önə çəkib:

 

“İndi guya Nikol Paşinyan qərbə yaxınlaşmağa çalışır. Guya bundan sonra Qərb Azərbaycana təzyiq edəcək. Lakin ABŞ və Fransanın Azərbaycana təzyiq etmək üçün əllərində alətləri yoxdur.  Makron Ermənistan rəsmisi ilə danışıb, sonra öz nümayəndəsini Bakıya göndərir, yaxud da Nensi Pelosi Ermənistana gedib onlara dəstək verir, amma bunun onlara heç bir xeyri olmadı. ABŞ dövlət departamentinin sədri Blinken, Makron özü Bakıya zəng edərək İlham Əliyevlə danışmışdı. İndi Ermənistan Rusiyadan incik düşüb. Əksinə, Rusiya Ermənistandan uzaqlaşır və Azərbaycanın manevr imkanları artır. Belə bir vəziyyətdə Azərbaycan öz öhtəsinə düşənləri etməlidir”.

 

E.Şahinoğlu bildirib ki, regionda qurulan oyunlara baxmayaraq, biz özümüz Qarabağda qayda-qanun yaratmalıyıq:

 

“Ermənistan sülh sazişi imzalamaq istəmirsə, biz özümüzə aid olan əraziləri nəzarətə götürməliyik. Yəni sülh sənədi imzalanmasa bundan ən çox zərər görən Ermənisan olacaq. Biz öz üzərimizə düşəni edib mövqelərimizi möhkəmləndiririk. Heç kim də bizə əngəl ola bilmir.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR