"Qurumların birləşdirilməsi artıq xərclərin aradan qaldırılmaına gətirib çıxarar”

16:18 18-01-2019 | icon 488 | Təhsil
"Qurumların birləşdirilməsi artıq xərclərin aradan qaldırılmaına gətirib çıxarar”

 

Təhsil şöbələrinin ləğvi məktəbləri müstəqilləşdirəcək. 

 

Versus.Az AzEdu.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 

Qeyd edək ki, Təhsil Nazirliyi rayon və şəhər təhsil şöbələrinin ləğv edilərək onların bazasında regional təhsil idarələrinin yaradılmasına başlanılması ilə bağlı məlumatlara münasibət bildirib.

Verilən məlumata görə, nazirlikdən cavab olaraq məlumatı nə təsdiq, nə də inkar etməyiblər.  

Bəs yerli təhsil şöbələrinin ləğvi Azərbaycan təhsil sisteminə nə cür təsir edə bilər? 

Fazil Mustafanın bu suala cavabı maraqlı olub.   

“Təhsil şöbələrinin ləğvinin elə də problem yaradacağını düşünmürəm,  əksinə, məktəblər daha da müstəqilləşəcək. 

Hər halda regional qurumların yaradılması daha məqsədə uyğundur.  Hər kiçik rayonda bir şöbənin olmasındansa, 10 rayon üçün bir qurumun yaradılması daha düzgündür. Bu struktur islahatların bir hissəsidir.

Başqa sahələrdə bu istiqamətdə müəyyən addımlar atılacaq”. 

F.Mustafa əlavə olaraq, son günlərdə edilən struktur dəyişikləri barəsində də danışıb: 

Elektron Hökumət  modeli  istiqamətində müəyyən boşluqların olduğunu nəzərə alsaq, bu sahədə də işlərin tənzimlənməsində  müəyyən  çətinlikləri ortaya  çıxa  bilər. Ümid edək ki, belə islahatlar çevik idarə etməyə gətirib çıxaracaq və ümum işin faydasına olacaq.  

Bir-birini təkrarlayan, mənasız qurumların  aradan qalxması üçün digər sahələrdə də belə islahatların həyata keçirilməsi vacibdir.

Funksiyaları eyni bir mərkəz tərəfindən həyata keçirilə bilən qurumların birləşdirilməsi əlavə bina, avtomobil kimi artıq  xərclərin aradan qaldırılmaına gətirib çıxarar”. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR