"Azərbaycan diplomatik missiyası qorunmalıdır"

11:45 12-10-2022 | icon 229 | Cəmiyyət
"Azərbaycan diplomatik missiyası qorunmalıdır"

 

 

Oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb.

 

Son zamanlar xarici ölkələrdəki erməni icmalarının radikal üzvləri tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların sistemli xarakter daşıması, o cümlədən Vaşinqton, Paris, Beyrut və digər şəhərlərdə səfirliklərimizə qarşı törədilən hücumlar və vandallıq aktları ciddi narahatlıq doğurur. Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkəsinin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyidir. Baş vermiş hər bir insidentlə bağlı beynəlxalq hüquq hansı addımlrın atılmasını tələb edir.  Niyə Qərb dövlətləri buna o qədər də ciddi reaksiya vermirlər.

 

Azərbaycan siyasi-ictimai camiyəsi bu hadisədən narahatdır və beynəlxalq ictimaiyyəti beynəlxalq hüqqun aliliyinə hörmətlə yanaşmağı tələb edir.

 

Hüquqşünas Əli Mustafa Versus.az-a bildirib ki, bütün bu hücumların, təhdidlərin arxasında heç şübhəsiz ki, erməni faşizmi durur, erməni diasporunun, dövlətinin məsuliyyəti var.

 

“Bu terroru, hücumları törədənlər, hətta səfirliyin maşınına atəş açanlar birbaşa  cinayətkardırlar, məsuliyyət daşıyırlar. Bunların arxasında kimlərin olmasından asılı olmayaraq şəxsiyyətləri müəyyənləşdirilib cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bu beynəlxalq hüquqla, dövlətlərarası münasibətlərlə tənzimlənir.  Bütün hallarda Azərbaycan səfirliyinin yerləşdiyi dövlətlər, hökumətlər bizim səfirliyin təmsilçilərinin təhlükəsizliyi üçün birbaşa məsuliyyət, cavabdehlik daşıyırlar. Və  nümayəndəliklərimizin qorunması üçün gücləndirilmiş iş rejiminə keçməli, Azərbaycan diplomatik missiyası qorunmalıdır. Bu müvafiq dövlətlərin vəzifəsidir, hüququ -mühafizə orqanlarının borcudur. Hənin dövlətlərin belə halları ciddiyə almaması birbaşa beynəlxalq hüquqa hörmətsizlikdir,  Azərbaycanla həmin ölkələr arasında olan müqavilələrə, qarşılıqlı öhtəiklərlə bağlı vəzifələrini yerinə yetirməməsinə dair fakt və dəlildir. Hesab edirəm ki, Azərbayacan xarici işlər nazirliyi bir daha həmin dövlətlərin nəzərinə çatdırmalıdır, lazım gəlsə nota verilməli, bildirməlidir ki, bizim səfirliklərin nümayəndələri həmin dövlətlərin qoruması altındadır,   onların təhlükəsizliyi üçün məsuliyyət daşıyırlar və zəhmət çəkib öz öhtəliklərini yerinə yetirməlidirlər. Bir şeyləri də nəzərə almaq lazımdır ki, həmin ölkələrin də Azərbaycanda səfirlikləri, diplomatik korpusları var. Əks təqdirdə Azərbaycan dövləti də öz öhtəliklərindən imtina edə bilər. Necə ki, Azərbaycan dövləti öz üzərinə düşən öhtəlikləri icra edib xarici ölkə nümayəndəlikllərini qoruyur, eləcə də həmin dövlətlər öz öhtəliklərini yerinə yetirməlidirlər”.

 

ANAP sədri Abutalıb Səmədov bildirib ki, ayrı-ayrı şəhərlərdə ermənilərin Azərbaycanın diplomatik nümayəndəliklərinə və nümayəndələrinə qarşı törtdikləri qanunsuz hərəkətlər onların çarəsizlikləri ilə bağlıdır. Onun sözlərinə görə, ermənilər tarixlərinin ən uğursuz, ümidsiz dönəmini yaşayırlar.

“Ermənilərin güvəndiyi dövlətlər də artıq onlara arzulardıqları dəstəyi vermirlər. Son proseslər də onu göstərir ki, Ermənistanın bundan sonra vəziyyətinin dəyişməsi mümkün deyil. İndi 3 mərkəzdə sülh sazişinin layihəsi üzərində iş gedir. Bu, Moskva Vaşinqton və Brüsseldir. Nə qədər qəribə olsa da Moskvada hazırlanan sülh sazişi erməniləri daha çox qane edir. Çünki orda Qarabağ məsələsi ilə bağlı müəyyən müddüəlar var. Yaxşı xatırlayırıq ki, 2021-ci ilin sonlarında Soçidə keçirilən görüşdən sonra Paşinyan qəti şəkildə Rusiyanın vasitəçiliyinə etiraz elədi.  Və Ermənistanın yalnız Minsk Qrupunun vasitəçiliyini irəli sürdü.  Bütün cəhdlərə baxmayaraq onu diriltmək mümkün olmadı. Fransa, ABŞ bu məslədə Ermənistana dəstək verməyə cəhd etsələr də uğursuz oldu.  Bu səbəbdən hər üç mərkəz fərdi şəkildə Azərbaycan-Ermənistan münaqişəsini nizama salmağa çalışır və sülh sazişi üzərində iş gedir. Dünənə qədər Ermənistanın güvəndiyi ABŞ-ın və Fransanın liderlik etdiyi Aİ-nin hazırladığı sülh sazişi layihələrində Qarabağa dair heç bir müddəa yoxdur. Yalnız Rusiyanın hazırladığı layihədə Qarabağla bağlı müddüəlar var. İlin sonuna qədər sülh sazişini imzalamaq üçün Ermənistana təzyiqlər göstərilir. Və ermənistan bu təzyiqlərin qarşısında dayanmağa malik deyil. Ona görə də on çarəsi terordur, səfirliklərə qarşı qanunsuz hərəkətlərdir”.

A.Səmədov hesab edir ki, bunun qarşısını almaq səfirliklərin yerləşdiyi ölkələrə düşür.

“Həm Britaniyada və onun ardınca başqa ölkələrdə baş verən hadisələrə ölkələr məsuliyyətsiz yanaşdılar. Ancaq ümid edək ki, bu proses uzun sürməyəcək və ermənilərin bu  qanunsuz hərəkətlərinin qarşısı qətiyyətlə alınacaq”.

YYP sədri Ramil Hüseyn hafta.az-a açıqlamasında bildirib ki, ABŞ-da Azərbaycan səfirliyinin xidməti maşınına açılan atəş erməni lobbisinin məğlubiyyətinin aqonyasıdır. Partiya sədri hesab edir ki, bütün hallarda səfirliyin yerləşdiyi ölkə bu cinayəti araşdırmalı və cinayətkarlar öz cəzasını almalıdır.

Partiya sədri erməniərin hər zaman vandal, vəhşi xisləti ilə önə çıxdığını və Azərbaycan olaraq hər zaman onların bu addımlarının şahidi olduğumuzu faktlaral qeyd edib.

“Azərbaycan dövləti, xalqı son 30 ildə bu erməni vandallığını görüb və dünya ictimaiyyətini haqqın-ədalətin bərpasına çağırıb. Biz bu 30 ildə də Qərbin, Avropanın Azərbaycanla bağlı hansı mövqedə dayandığını görmüşük və bu gün həmin buzlar 44 günlük müharibədə bir qədər ərisə də, ikilistandartlar qalır. Ermənistan terror ölkəsidir və mən deyərdim ki, bəşəriyyət üçün bir qara yaradır.  Bu gün Azərbaycanın Praqa görüşündə əldə etdiyi uğurlu nəticələr və Ermənistanın məğlubiyyəti erməni lobbisini teror formasında hərəkətə gətiri. Təbii ki, Qərb, Avropa  Azərbaycan səfirliklərinə qarşı baş verən belə cinayətlərə görə məsuliyyət daşıyır”.

 

R.Hüseynov hesab edir ki,  Ermənistan istər hərbi cəbhədə, istərsə də də diplomatik cəbhədə məğlub olan dövlətdir.

 

“Artıq dünyanın güc dövlətləri Azərbaycanla hesablaşmağa məcburdur və  bu cür terror aktları ölkəmizi öz hədəflərindən yayındıra bilməz.  Bu cür addımları ilə ermənilər bir az da batırlar. Lakin demokratiyanln beşiyi sayılan ABŞ ölkısində baş verən beynəlxalq hüquqa zidd olan, beynəlxalq cinayət hesab olunan məsələyə müşahidəçi qala bilməz. Əks halda Azərbayacan ictimaiyyətinin ABŞ-ın demokratik dəyərlərinə yanaşmasında şübhəli məqamlar yer alacaq. ABŞ Azərbayan səfirliyinin nümayəndələrinə atəş açanları tapıb cəzalandırmalıdır”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…