"Soros Fondunun pulları psevdomüxalifətin cibinə gedirdi"

12:46 14-10-2022 | icon 322 | Siyasət
"Soros Fondunun pulları psevdomüxalifətin cibinə gedirdi"

Fuad Əliyev: ""Sorosun uşaqları" təkcə Avropa Məhkəməsini ələ keçirməyiblər"

 

Avropa İnsan Haqları Məhkəməsinin ötən il qəbul etdiyi qərarlara əsasən, Azərbaycan ümumilikdə 2 milyon avro məbləğində təzminat ödəməlidir. 1949-cu ildə yaradılmış Avropa Şurasına Azərbaycan 2001-ci ildə üzv olub və 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyası altındadır. Minval.az saytı Azərbaycan üzrə göstəricilərin təhlili haqda yazır ki, bu qərarlar əksər hallarda subyektiv xarakter daşıyır.

 

Soros şəbəkəsinin AİHM-ə demarşı 2012-ci ildən sonra başlayıb, çünki həmin ildən tətbiq edilən yeni prosedurlar xüsusi olaraq AİHM-də hakimlərin seçilməsi prosesində QHT-lərin iştirakını nəzərdə tuturdu. AİHM-lə bağlı vəziyyət Soros şəbəkəsinin bütöv bir qurumu necə ələ keçirməsinin nümunəsidir və bu üsul təkcə Avropa Məhkəməsində deyil, bu şəbəkənin fəaliyyət göstərdiyi bütün qurumlarda tətbiq olunur...

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib ki, "Sorosun uşaqları" təkcə Avropa Məhkəməsini ələ keçirməyiblər:

 

"Onlar böyük dövlətlərdən tutmuş kiçik dövlətlərin hakimiyyətlərində də təmsil olunurlar. Soros Fondunun nümayəndələri başqa dövlətlərdə inqilablar edirlər, hakimiyyəti dəyişirlər. Bu alınmayanda hakimiyyətlərə təzyiqlər edirlər. Soros Fondunun nümayəndələri “5 kolon” hesab olunurlar. Bu fəaliyyətə görə Soros Fondunun fəaliyyəti bir neçə ölkədə, o cümlədən Azərbaycanda da qadağan olunub. Baxmayaraq ki, Azərbaycanda fəaliyyəti qadağan olunub, onun yaratdığı şəbəkə hələ də fəaliyyətini davam edir. Yeri gəlmişkən, Soros Fondunun Azərbaycan nümayəndəliyinin fəaliyyəti dövründə böyük yeyintilər olub. Ayrılan qrantların böyük bir hissəsi psevdomüxalifətin “cibinə” gedirdi. Bu onu bir daha göstərir ki, bu müxalifətə ancaq öz şəxsi maraqları daha vacibdir".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR