İranın hərbi təlimlərinin məqsədi

15:29 18-10-2022 | icon 376 | Geopolitika
İranın hərbi təlimlərinin məqsədi

Tehran Kremlin Bakıya verdiyi dəstəyi neytrallaşdırmağa çalışır

 

 

TURAN RZAYEV
/Politoloq/

 

Dünəndən etibarən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları İranın şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə, Araz çayı boyunca “Qüdrətli İran” adlandırdığı təlimlərə başlayıb. Düzdür, hər bir ölkənin hərbi təlimlər keçirmək hüququ var və təlimlərin ölkənin hansı bölgəsində keçirilməsi həmin ölkənin verəcəyi bir qərardır, lakin hərbi təlimlərin məqsədi, keçirilməsi və özlüyündə mesaj ehtiva etməsi də bilinən bir gerçəkdir.

 

Məlum olduğu kimi, İran ötən ilin payızında da ölkənin şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə “Xeybər fatehləri” kod adlı təlimlər keçirmişdi. Lakin “Xeybər fatehləri” adlı təlimi İranın dövlət ordusu olan “Ərteş” həyata keçirmişdi. “Qüdrətli İran” təlimlərini isə SEPAH-ın quru qoşunları keçirir. Tehranın Bakıya körpü mesajı SEPAH təlimlərin keçirilməsindən bir neçə gün öncə təlimlər çərçivəsində Azərbaycanla sərhəddə helikopter-paraşüt əməliyyatı, helikopter döyüşü, PUA-ların istifadəsi, nəqliyyat- rabitə xətlərinin ələ keçirilməsi və nəzarət, strateji yüksəkliklərin ələ keçirilməsi və Araz çayı üzərində körpünün inşa edilməsini məşq edəcəklərini açıqlayıb.

 

Xüsusilə təlim zamanı Araz çayı üzərində hərbi texnika və canlı qüvvələrin hərəkətini sınaqdan keçirmək məqsədilə körpülərin inşa edilməsi diqqət çəkir. Digər diqqətçəkən məqam isə SEPAH Quru Qoşunlarının komandanı Məhəmməd Pakpurun təlimlər haqda dedikləridir: “Təlimlər qonşu ölkələr üçün sülh mesajı, dostluq və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi daşıyır”. Belə sual yaranır: Araz çayı üzərində körpünün inşa edilməsini məşq etməyin “dostluqla” nə əlaqəsi var? Aydın məsələdir ki, mollalar açıq şəkildə Azərbaycanı təhdid edir. İran Araz çayı boyunca “Qüdrətli İran” adlandırdığı təlimlər ilə Zəngəzurla bağlı bir müddətdir dilə gətirdiyi “sərhədlər dəyişəcəksə, hərbi müdaxilə edəcəyik” təhdidinin real olduğunu göstərməyə çalışır. Araz çayı üzərində körpünün inşa edilməsini məşq etməklə isə lazım gələrsə real addımların da atıla biləcəyi mesajını verirlər. Prinsip etibarilə, İran bu məqsədlə Ukrayna müharibəsi fonunda Rusiyaya da açıq dəstək verir. Bu yolla Tehran Kremlin Zəngəzur dəhlizi məsələsində Bakıya verdiyi dəstəyi neytrallaşdırmağa çalışır.

 

Bundan başqa, Tehranın nahatlığı təkcə Zəngəzurla bağlı deyil. Rejim yaxşı başa düşür ki, artıq tam küncə sıxılıb. Hazırda bu ölkəyə qarşı real təcrid prosesi gedir. Yəni əgər əvvəllər İran xarici təhdidlərlə ölkə xaricində mübarizə aparırdısa artıq bu proses İranın daxilinə keçib. Bu da ölkədəki siyasi rejim üçün kabusa çevrilir. Bakının cavabı necə olmalıdır? Rəsmi Bakı bütün hallarda Tehranın açıq təhdidlərini cavabsız qoymamalıdır: Birincisi, İranın Araz çayı boyunca keçirdiyi təlimlərə rəsmi Bakı və Ankara birgə təlimlərlə cavab verməlidir. İkincisi, Bakı Cənubi Azərbaycanın öz müqəddəratını təyin etməsinə pərdəarxasından dəstək verməli, beynəlxalq nüfuzundan istifadə edərək Tehrana bu istiqamətdə təzyiqləri artırmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR