"YUNESKO bu biabərçlığa qarşı susqunluq nümayiş etdirir"

13:47 19-10-2022 | icon 446 | Geopolitika
"YUNESKO bu biabərçlığa qarşı susqunluq nümayiş etdirir"

Mətin Məmmədli: “Ermənistana qarşı hər hansı kardinal dəyişikliyin baş verilməsini gözləmirəm”

 

30 illik işğal dövründə Azərbaycan torpaqlaının Ermənistan tərəfindən soyqırıma məruz qalması, tarixi-milli irsimizin məhv edilməsi, insanlığa qarşı törədilən vandallıq faktlarının Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılaraq günühkarların cəzalandırılasını gözlədiyimiz halda, ermənilər bu gün də Azərbaycanın tarixini- qəbiristanlıqlarını dağıdır. Məlum olduğu kimi sosial şəbəkələrdə ermənilərin azərbaycanlılara məxsus qəbiristanlığı necə dağıtmaları  ilə bağlı yaydıqları videogörüntülər erməni vandallığının növbəti nümunəsi olsa da, nədənsə YUNESKO bu biabərçlığa qarşı susqunluq nümayiş etdirir.

 

Bu istiqamətdə Versus.az-a açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli bildirib ki, dünyanın ikistandartlarla idarə olunması, beynəlxalq hüquq normalarına deyil, əsasən dövlətlərin öz siyasətini yeritməsi faktı ilə bağlı fikirlər son 30 ildə Azərbaycan cəmiyyətində formalaşıb. Son baş verən hadisələr, xüsusən də Azərbaycan - Ermənistan arasında sərhəd toquşmaları və Xankəndində Azərbaycan qəbiristanlığının dağıdılması və buna dünyanın səssiz qalması bu qənaəti daha da gücləndirib.

 

Politoloq bildirib ki, beynəlxalq təşkilatların susqunluğundan danışırıqsa, birinci növbədə nəzərə almalıyıq ki, bu təşkilatlar dünya siyasətində elə də ciddi rol oynamır. Dünya siyasətinin formalaşmasında əsas rolu böyük dövlətlər oynayır və həmin beynəlxalq təşkilatları o maraqların ifadəçisidir. Yəni ehtiyac duyulduqda həmin beynəlxalq təşkiatların qəbul etdiyi qərarlar, qətnamələr saatlar ərzində icra olunur, ehtiyac duyulmadıqda isə icra olunmur:

 

“Məsələn, Azərbaycanın üzləşdiyi münaqişə ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnaməyə illər ərzində baxan olmadı. Nəinki qətnamələrin icrası həyata keçirildi, heç müzakirə belə edilmədi. Azərbaycanla Ermənistanın münaqişə vəziyyəti sonuncu dəfə 1995-ci ildə müzakirə olunmuşdu. Bu qurum qəbul etdiyi qətnamələrin vəiyyətinin nə yerdə olduğunu belə müzakirə etmədi. Bütün bunlar dünyada mövcud olan  reallıqları göstərir. Burda da əsas səbəb dövlətlərin strateji maraqları ilə bağlıdır. Məsələn, biz deyirik ki, niyə bizim faciəmizə susursuz, görmürsüz, eşitmirsiz, amma sərhəddə erməni təxribatına qarşı cavab verəndə buna isterik münasivət sərgiləyirsiz. Digər tərəfdən, bizim torpaqlarımız işğal olundu, bu dövrdə Azərbaycanın maddi, mənəvi abidələri vandallıqla dağıdıldı. Təsəvvür edin ki, 20-ci əsrin sonları, 21-ci əsrin əvvəllərində Ermənistan hansı siyasəti yürütdü və bu siyasətə beynəlxalq müstəvidə adekvat münasibət qoyulmadı. Təbii ki, bu da dövlət maraqları ilə bağlıdır. Eyni zamanda bu, erməni lobbi, diaspora qrupları fəaliyyəti ilə bağlıdır.  Son 100 ildə ermənilər dünyann aparıcı dövlətlərində Fransada, ABŞ-da, Rusiyada şəbəkələşdirilmiş strukturlar yaradıblar ki,  həmin şəbəkələr fəaliyyət göstərdikləri ölkələrin xarici siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərirlər. Və təbiidir ki, burda bizim etnik, dini kimliyimiz də müəyyən mənada rol oynayır və etiraf etmək lazımdır ki, bu böyük dövlətlərin siyasətində, dini ideoloji baxışlar da öz rolunu qoruyub saxlayır.  Bu mənada ermənilərin Azərbaycan abidələrini dağıtması, yaxud qəbiristanlıqlarımızın dağıdılması ilə bağlı beynəlxalq təşkilatlardan hər hansı reaksiyanın veriləcəyini gözləmirəm. Eləcə də bu gün xarici ölkə səfirlərinin Gəncə terrorunun 2-ci ili ilə bağlı Gəncəyə səfərindən sonra Ermənistana qarşı hər hansı kardinal dəyişikliyin baş verilməsini də gözləmirəm”.

 

M.Məmmədli hesab edir ki, mövcud reallığı nəzərə alaraq Azərbaycan ictimai-siyasi təşkilatları xüsusilə aktivlik nümayiş etdirərək Ermənistanın əməllərini faş etməli və cəzalandırılmasını tələb etməlidir:

 

“Bu müstəvidə bir an da olsun fəaliyyətimizi dayandırmamalıyıq. Biz işimizi kiməsə reaksiya verməklə yox, işimizlə göstərməliyik. Çünki biz haqlıyıq, güclüyük. Biz davamlı olaraq erməni vandallığını və Azərbaycana qarşı törətdiyi cinayətləri gündəmdə saxlamalıyıq. Nəhayət Azərbaycan cəmiyyəti ilə öz gücü ilə erməni haqsızlığına son qoymalı özünün tarixi irsini qorumalıdır”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR