"2 il keçdi, hələ də Gəncə terrorunu pisləmirlər"

13:52 19-10-2022 | icon 397 | Geopolitika
"2 il keçdi, hələ də Gəncə terrorunu pisləmirlər"

Rəşad Bayramov: “Ermənistana hər hansı sərt reaksiya verilməməsi ikilistandartın bariz nümunəsidir”

 

 

“Ermənistanın Gəncə şəhərini qadağan olunmuş raketlərlə vurmasından 2 il keçir. Həmin hadisədə 15 nəfər qətlə yetirildi, 10-la mülki vətəndaşımız müxtəlif xəsarətlər aldılar. Lakin beynəlxalq təşkilatlar hələ də bu cinayətə susqun yanaşır. Beynəlxalq təşkilatların, dünya güclərinin 2 il ərzində Gəncə terroruna görə Ermənistana qarşı hər hansı bir sərt reaksiya verməməsi ikilistandartın bariz nümunəsidir”.

 

Versus.az xəbər verir ki, bunu AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov  Ermənistanın Gəncəni raket atəşinə tutması ilə bağlı ötən 2 il ərzində beynəlxalq təşkilatların hansı reaksiyaları verməsi ilə bağlı açıqlamasında bildirib.

 

O, xatırladıb ki, istər Gəncə, Bərdənin, istərsə də Tərtərin Ermənistan hərbi qüvvələri tərəfində bombalanması faktları cəbhə bölgəsindən xeyli aralıda baş verib. Erməni cinayətkarları hədəf olaraq ayrı-ayrı hərbi hisələri deyil, məhz mülki insanların sıx yaşadığı əraziləri, mülki obyektləri seçiblər. Bu, birmənalı olaraq insanlıq əleyhinə cinayətdir və müharibə cinayətidir.

 

R.Bayramov qeyd edib ki, Azərbaycan həmin dördə ayrı-ayrı beynəlxalq təşkilatlara rəsmi müraciətlər edib və hadisədən dərhal sonra və il dönümündə ayrı-ayrı ölkələrin, ayrı-ayrı beynəlxalq qurumların nümayəndlərinin Gəncəyə və digər ərazilərə səfərləri təşkil olunub. Beynəlxalq təşkilatalrın nümayəndləri, ayrı-ayrı dövlətlərin səfirləri hadisələri öz gözləri ilə görsələr də, üstündən 2 il keçməsinə baxmayaraq bu günə qədər də erməni terrorunu pisləyən bu və ya digər bəyanatın şahdi olmamışıq:

 

“Amma Rusiya tərəfindən Ukraynanın hər hansı yaşayış binasına bir raket atılanda, bütün dünyada böyük əks-sda yaradır, dərhal BMT, ayrı-ayrı qurumlar səviyyəsində buna reaksiya verilir, bəyanatlar qəbul olunur.  Söhbət Azərbaycandan gedəndə isə həmişə olduğu kimi, sanki bütün dünya kar, kor olur”.

 

Belə bir ikilistandartın fonunda politoloq hesab edir ki, Azərbaycan ictimai-siyasi camiyəsi baş verən cinayətlərə görə epizodk mübarizə aparmalı deyil:

 

“Biz Xocalı soyqırımı ilə bağlı təkcə Xocalı ildönümü ərəfəsində danışmalı deyilik. Eləcə də ermənilərin törətdiyi başqa cinayət hadisələri ilə bağlı hər gün müxtəlif müstəvidə çıxışlarımız olmalıdır. Ermənistanın insanlıq əleyhinə cinayətləri, eləcə də son dövrdə tapılan kütləvi məzarlıqlarla bağlı səsimizi hər gün dünyaya çatdırmalıyıq. Təkcə dinc dövrdə minaların basdırılması nəticəsində Azərbaycanın 245 nəfərinin həyatını itirməsi və yaxud da yaralanması, təkcə Gəncənin, Bərdənin raket atəşinə tutulması dövründə içərisində yaşlı, uşaq, qadın olmaqla 90 dinc sakinin qətlə yetirilməsi və sair faktlarla bağlı davamlı şəkildə beynəlxalq təşkilatlara müraciətlər etmək lazımdır. Azərbaycan bu məsələlərlə bağı cinayət işi qaldırıb, sonra Beynəlxalq məhkəmələrə müraciət olunmalıdır. İki gün qabaq Xankəndində Azərbaycan məzarlıqları dağıdılıb amma Azərbaycan cinayət işi qaldırmayıb. Söhbət təkcə cinayət işinin qaldırılmasından deyil, davamlı mübarizədən gedir.  Cinayət işi qaldırılıbsa, istintaq işi aparlırsa, cinayətkar məlumdur. Əgər başqa ölkənin hərbi-siyasi rəhbərliyi ilə bağlı cinayət işi açırsansa, demək ilk növbədə beynəlxalq məhkəmələrə konkret adlarala müraciət eləməlisən. Beynəlxalq məhkəmələrə müraciət olunandan sonra qərarların qəbul olunub icra edilməsinə təzyiq götərilməlidir.  Belə qərarlar qəbul olunacaqsa, demək növbəti mərhələdə öz müsbət təsirini göstərəcək”.

 

Beynəlxalq təşkilatların Azərbaycanla bağlı ikilistandartlı mövqe sərgilədiyini xatırladan R.Bayramov qeyd edib ki, əgər YUNESKO, Avropa Parlamenti, BMT təsisatları bizim məsələyə ədalətli münasibət bildirmirsə, deməli biz erməni problemini Azərbaycanın tərəfdarlarının çoxluq təşkil elədiyi beynəlxalq təşkilatların müazakirəsinə çıxarmalıyıq.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR