İranı sərhəddə təlimlər keçirməyə hansı qorxu vadar etdi?-açıqlama

14:21 18-10-2022 | icon 342 | Geopolitika
İranı sərhəddə təlimlər keçirməyə hansı qorxu vadar etdi?-açıqlama

 

 

 "Azad İran" xəbər yayıb ki, İran İnqilabının Keşikçiləri Korpusu oktyabrın 17-də SEPAH-ın Quru Qoşunlarının Azərbaycanla sərhədə canlı qüvvə, zirehli texnika, Araz çayından keçmək üçün üzən körpülər və digər hərbi qurğular göndərib.

Bununla bağlı, SEPAH-ın “Tvitter” kanalı “TƏCİLİ” qrifi ilə İran əsgərinin Araz çayının Azərbaycanla sərhəddə Xudafərin körpüsü yaxınlığında durduğu və İran ordusunun üzən körpülərinin Araz çayının üzərində açıldığına dair videorolik hazırlayıb.

Videonun altında yazılır: “SEPAH “işğal altındakı Şimali Azərbaycan əyalətində” (Bakı) yaşayan iranlılara mənalı mesaj göndərib”.

Habelə Quran ayəsindən sitat gətirilir: “O zaman ki, biz dənizi yardıq və sizi xilas etdik”.

Bununla da, SEPAH Azərbaycanı hədələyərək mesaj verir ki, İran ordusu hər an Araz çayı üzərindən keçərək dost, müsəlman, qonşu, eyni dil, din və mədəniyyətin daşıyıcısı dediyi bir ölkəyə hərbi təcavüz etmək üçün hazır vəziyyətə gətirilib. İranın Azərbaycana qarşı belə bir mövqe sərgiləməsi nədən xəbər verir və hansı adekvat addımlar atılmaıdır?

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlma verən politoloqlar İranın Azərbaycanla bağlı təlaşının regionun dəyişən reallıqları ilə əlaqələndiriblər.

 

Politoloq Rəşad Bayramov bildirib ki, İranın öz ərazilərində istənilən vaxt, istənilən yerdə hərbi təlimlər keçirmək hüququ var. Amma bu kiməsə qarşı hədə formsında özünü biruzə verirsə, artıq bu qəbulolunmazdır.

“İrandan soruşmaq lazımdır ki, sən 30 illik işğal dövründə Azərbaycan sərhəddinin 132 kilometri Ermənistan tərəfindən işğal olunanda niyə bir dəfə də olsun buna görə işğalçıya qarşı hədələyici çıxışlar, mesajlar ötürmədin. Sən bir dəfə də olsun həmin ərazidə təlimlər keçirdinmi? Halbuki, həmin ərazidə heç bir sərhəd yox idi. Amma ərazilərimiz işğaldan azad olunan kimi başladın Azərbaycanla sərhəddə sərhəd dirəklərini möhkəmləndirməyə. Azərbaycan torpaqları işğal altında olanda İran buna çox normal yanaşırdı. Amma Azərbaycan öz torpaqlarına sahib çıxanda başladılar, sərhəddi möhkəmlənirməyə”.

R.Bayram İranın bu davranışını bu ölkənin Azərbaycana güc nümayiş etdirmək istəyi kimi qiymətləndirib.

“İran əvvəlcə daxilində baş verən iğtişaşlara görə İsrail və  Amerika ilə birlikdə Azərbaycanın da adını çəkdilər. İndi rəsmilər Azərbayacanın adını o siyahıdan çıxarıblar. Amma qeyri-rəsmi müstəvidə, KİV-lərdə yenə də guya Azərbaycanın da İrandakı iğtişaşlarda marağının olduğunu deyirlər”.

Politoloq bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi 30 il ərzində İran daim Ermənistana dəstək, nəfəslik verib, onu ərzaqla təmin edib. Onun sözlərinə görə, 44 günlük vətən savaşında da bütün silahların İran ərazisindən erməni quldurlarına ötürüldüyünü deyən R.Bayramov, bunu edən ölkədən başqa yaxşı nəsə gözləmək mümkün deyil.

 

“İran islam faktorunu əsas götürüb Azərbaycana kömək edəcəkmi, yox. Çünki İranda İslamdan əsər-əlamət yoxdur. İranda islamdan bu və ya digər toplumu nəzarət altında saxlamaq, nəyisə təlqin etmək, idarə etmək üçün istifadə edilir”.

R.Bayramov hesab edir ki, Azərbaycan İrana münasibtdə adekvat olmalıdır. Onun fikrincə, bu gün İran 30 illik işğal dövründə Ermənistana dəstək verməklə Azərbaycana qaşı yalnış münasibətləri sərgiləyirsə, İrana qarşı güzəştə getməyə son qoymaq lazımdır.

“İrana münasibət adekvat olmalıdır. İran bizə qarşı düşmən mövqe ortaya qoyursa, Azərbaycan da bununla bağlı konkret addımlar atmalıdır. İranda 40 milyon soydaşımız var. Azərbaycan İranda, eləcə də bütün dünyada olan soydaşlarımızın himayəçisi olduğunu elan eləməlidir”.

 

 

Politoloq Mətin Məmmədli  açıqlamasında bildirib ki, II Qarabağ savaşından sonra İranın son 2 ildə sərgilədi mövqenin əsas səbəbi qalib dövlət kimi ölkəmizin mövqeyinin xeyli güclənməsidir.

 

“İranda müəyyən dairələr düşünürlər ki, Azərbaycan özünün ərazi bütövlüyünü həll edibsə. diqqətini cənuba yönəldə bilər və bu da İran üçün ciddi problemlər yaradar. Digər tərəfdən, post-müharibə reallıqlarına baxanda, Azərbaycan -Türkiyə arasında hərbi strateji müttəfiqlik xeyli dərinləşib. Regionda İranın ənənəvi rəqibərindən biri olan Türkiyənin Cənubi Qfqazda mövqeyinin güclənməsi də İranı narahat edir.

M.Məmmədli İranın eyni zamanda Zəngəzur dəhlizinin açılmasından narahat olduğunu deyib.

“Zəngəzur dəhlizinin açılması ilə bağlı İran rəsmilərinin səsləndirdiyi fikirlərin heç bir siyasi və hüquqi əsası yoxdur. Ancaq İran narahatdır. Təbii ki, ilk növbədə İranın bundan sonra tranzit əhəmiyyəti xeyli azalacaq. İran Azərbaycan-Naxçıvan-Türkiyə arasında uzun müddət tranzit rolunu oynayıb və gələcıkdə müzakirə olunacaq məsələlərdən biri də Orta Dəhliz layihəsidir ki, Mərkəzi Asiya və Çindən gələcək yüklərin Avropaya, Türkiyəyə çatdırılması İrandan yan keçəcək. Və İran Türk dövlətləri birliyi ideyasından narahatdır. Bu layihədə Azərbaycan Türkiyə-Türküstan, Mərkəzi Asiya arasında körpü rolunu oynayır. Burda türk zolağının formalaşması məsələsi var ki, bu da İranı narahat edir.  Digər tərəfdən Azərbaycanla İsrail arasında hərbi sferada hərbi əməkdaşlığın artması da İranı narahat edir. Ona görə də İran müxtəlif bəhanələr irəli sürür. Məsələn deyir ki, Zəngəzur dəhlizini açsanız bizim şimal sərhəddimiz bağlanacaq.  Niyə yolu bağlanmalıdır? Hansısa yanlış qorxudan İran Azərbaycanla sərhəddə təlimlər keçirdir. Ermənistan Azərbaycanın 132 kim ərazisini işğal edəndə İranın buna heç bir reaksiyası olmadı. Əlbəttə ki, Azərbaycan bütün qonşularla, hətta Ermənistanla da münasibətlərin normallaşmasında maraqlıdır. Amma təəsssüf ki, əks tərəfdən bizə qarşı əsassız yanaşmalaı müşahidə edirik”.

M.Məmmədli bildirib ki, 90-cı illərlə müqayisədə Azərbaycan İranla münasibətdə adekvat siyasət yürüdür.

Və bizə qarşı yönələn ittihamlar cavabsız qalmır.-(hafta.az)

 

T.Qafarlı

 Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...