Zəngəzur dəhlizi ilə bağlı Ermənistana ən son XƏBƏRDARLIQ

10:47 26-10-2022 | icon 494 | Siyasət
Zəngəzur dəhlizi ilə bağlı Ermənistana ən son XƏBƏRDARLIQ

Kreml İrəvana eyham vurur ki, əgər razılaşmasalar...

 

Kreml İrəvana eyham vurur ki, əgər razılaşmasalar, Naxçıvana quru yol üçün İran üzərindən alternativ var; politoloq: “Fransa-İran-Ermənistan arasında gizli Qafqaz anlaşmasını nəzərə alsaq, İrəvanın kommunikasiya məsələsində adekvat addımlarını gözləməyə dəyməz”.

 

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının üçüncü iclası noyabrın əvvəllərində Brüsseldə keçiriləcək. “Yeni Müsavat” bildirir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın mətbuat xidməti məlumat yayıb. Komissiyalara Ermənistan və Azərbaycanın baş nazir müavinləri Mqer Qriqoryan və Şahin Mustafayev rəhbərlik edir.

 

Komissiyaların ilk iclası mayın 24-də iki ölkə sərhədində, ikinci iclası isə avqustun 30-da Moskvada keçirilib. Üçtərəfli komissiyada təmsil olunan Rusiya baş nazirinin müavini Aleksey Overçuk isə “Made in Russia 2022" ixrac forumunda çıxışı zamanı Azərbaycanın rolunu xüsusi qeyd edib. Overçukun fikrincə, bu gün məhz Cənubi Qafqazda ”Şimal-Cənub" və “Şərq-Qərb” əsas beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsi formalaşır.

 

Digər tərəfdən, Overçuk açıq şəkildə Ermənistana eyham vurub ki, əgər razılaşmasalar, İran üzərindən alternativ var: “Bu baxımdan, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında Ermənistan və ya İran ərazisi ilə nəqliyyat əlaqələrinin açılması mühüm rol oynayacaq. Bu gün Azərbaycan və İran sərhəddə iki ölkənin avtomobil yollarını birləşdirəcək və Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında ən qısa və rahat hərəkəti təmin edəcək körpülərin tikintisinə başlayıblar. Mehridən dəmir yolu və avtomobil yolunun çəkilməsi Ermənistanın mövqeyindən asılıdır. Eyni zamanda artıq İran ərazisindən Ermənistandan yan keçməklə yol çəkilir, yəni təxminən 2024-cü ilə qədər yol olacaq və o, İran, Türkiyə və daha sonra Avropa bazarlarına çıxışı təmin edəcək”.

 

Yeri gəlmişkən, Overçuk bu ayın əvvəlində İrəvan səfərinin yekunları ilə bağlı açıq şəkildə demişdi ki, Ermənistanın blokadadan çıxmasının yolu Zəngəzur dəhlizi razılaşmasından keçir və nazir müavini ümumi razılaşmaya “bir addım qalmasından” danışmışdı. Lakin belə görünür ki, ermənilərin mövqeyində dəyişən heç nə yoxdur. Sadəcə, Ermənistan  fürsətdən istifadə etməlidir. Bu da Zəngəzur dəhlizinin açılmasından keçir. Əks halda, itirən yenə Ermənistan olacaq. Əgər Zəngəzur dəhlizinin açılmasına maneə törətməsələr, Ermənistan da iqtisadi baxımdan bundan qazanacaq. Ermənistan razı olmasa, Azərbaycan İran üzərindən beynəlxalq yükdaşımaları həyata keçirəcək. Bu o deməkdir ki, nəticə etibarı ilə Azərbaycan yenə öz məqsədlərinə çatacaq.

 

Mariya Zaxarova elə oynadı ki.. –

Mariya Zaxarova

 

Rusiya XİN sözçüsü Mariya Zaxarova da deyib ki, Avropa Birliyi, ATƏT, Fransa adı altında Qərb emissarlarının Ermənistana səfərlərinin sayı daha da artıb:

 

“Region əhalisinin maraqlarını nəzərə almayan tələsik uydurulmuş təşəbbüslər irəli sürülür. Bu, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il tarixli bəyanat əsasında çətin şəraitdə əldə edilmiş balansın pozulmasıdır. Paralel olaraq Moskvanın guya Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirməməsi ilə bağlı əsassız ittihamlar yayılır. Bu xüsusda xatırlatmaq istərdik ki, məhz bizim ölkə 2020-ci ilin noyabrında müharibəni dayandırdı, regiona sülh və sabitlik gətirən sülhməramlılar göndərdi və bu günə kimi Bakı ilə İrəvan arasında silahlı insidentlərin həllinə əhəmiyyətli töhfələr verir. Xarici qüvvələrin Rusiya sülhməramlı kontingentinin çıxarılmasına nail olmaq cəhdləri məhz Cənubi Qafqazda sabitliyi pozmağa yönəlib. Biz bütün səviyyələrdə Azərbaycan və Ermənistan arasında münasibətlərin hərtərəfli normallaşdırılması, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh müqaviləsinin razılaşdırılması, humanitar problemlərin həlli, ictimai dialoqun yaradılması naminə işləməyə davam edirik”. Bəs Rusiyadan bu açıqlamalar nədən xəbər verir - Ermənistanı dəhlizi açmağa məcbur edirlər, yoxsa Kremlin təzyiq rıçaqları qalmayıb? O zaman təklif edilən alternativ təklifin İran-Azərbaycan münasibətləri kontekstində reallaşması mümkündürmü?

 

Zaur Məmmədov: Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyənin yanındadır  - AZƏRTAC

Zaur Məmmədov

 

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun sözlərinə görə, bu həftə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü gözlənilir:

 

“Son Fransa və İran müdaxilələrini nəzərə alsaq, görüşə Paşinyan gicəllənən başla gələcək. Belə ki, hazırda hüquqi qüvvəsi olmayan ATƏT-in nümayəndələrinin Ermənistanda olması və Aİ-nin xüsusi missiyasının Zəngəzurda olmaları nəzərlərdən qaçmamalıdır. Fransa-İran-Ermənistan arasında gizli Qafqaz anlaşmasını nəzərə alsaq, İrəvanın demarkasiya və kommunikasiya məsələsində adekvat addımlar atacağını gözləməyə dəyməz. Deməli, hazırda Bakı və İrəvan arasında ortaq məxrəcə gəlmək üçün ən optimal variant sülh müqaviləsidir. Sülh müqaviləsinin imzalanmasından sonra digər daha az prinsipial əhəmiyyət daşıyan məsələlərin müzakirəsinə müəyyən vaxt ayrıla bilər. İndiki məqamda ən vacib məsələ Ermənistanın Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanımasıdır”.

 

Politoloq hesab edir ki, Moskva sülh müqaviləsinin imzalanmasının Brüsselin deyil, özünün ev sahibi olduğu görüşdə baş tutmasını istəyir: 

 

“Çox güman ki, Putin iclasa əliboş gəlməyəcək. Xatırladım ki, sülh müqaviləsinin Brüssel, Paris-Vaşinqton və Moskva variantları arasında fərqlər var. Vaşinqtonda Azərbaycan bir sıra korrektələr edib. Bu arada, sülh müqaviləsinin imzalanmasının əslində daha geniş platformada, ABŞ, Aİ, ATƏT və Rusiyanın iştirakı ilə baş tutması daha məqsədəuyğundur. Bu təqdirdə, Ermənistanın gələcəkdə mümkün cığallığı zamanı əli-qolu bağlanmış olacaq”.

 

Müxalifətin sentyabr sınağı - haqqı deyənlər, “sərhədi keçənlər”...

Fuad Əliyev

 

ALDP sədri Fuad Əliyev isə bildirir ki, Ermənistan Tehran-Paris ikibucağında manevr etməklə prosesi uzatmağa çalışır. Partiya sədrinin sözlərinə görə, Rusiyanın Ukrayna müharibəsinə başı qarışdığı üçün İrəvan fürsət əldə etdiyini hesablayır:

 

“Ermənistan dəhliz verməkdən açıq-aydın imtina edir. Buna görə Rusiya təzyiqlərini gücləndirməlidir. Bu kommunikasiya hamıya sərfəlidir. Azərbaycan əslində heç nə itirmir. Amma ortalıqda anlaşma var və Putinin imzası olan sənədin bəndlərini Paşinyan icra etmirsə, ilk növbədə Rusiya rəhbərliyinə hörmətsizlikdir. O baxımdan Moskva İrəvanın bütün əsəbləri tarıma çəkən hərəkətlərini hələ də təmkinlə izləyir. Bir yandan Pelosi, konqresmenlər, o tərəfdən Makronun dəstəyi, Aİ-nin mülki missiyasının gəlişi, həmçinin KTMT-dən çıxmaq çağırışları, indi də dəhlizlə bağlı cığal mövqe Rusiyanı qəzəbləndirməkdədir. Moskva Paşinyanın şıltaq hərəkətlərinə bir az da dözəcək, amma çox pis cavabını almış olacaq”. Partiya sədri deyir ki, Ermənistan hakimiyyəti Rusiyadan üz döndərmiş kimi görünür: “Qərbdə olan tərəfdaşları onu inandırır ki, Rusiya məğlub olacaq, o dövrə qədər dirəniş göstər və 10 noyabr sənədində Zəngəzur müddəasını poz, qüvvədən sal. Amma Brüssel platforması da, Praqa görüşü də, Moskva anlaşmaları da kommunikasiyaların açılmasını diktə edir. Ermənistanın alternativ şansı yoxdur, istəməyəcək, özü blokadada qalacaq”. /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR