“Qarabağın tarixi – mədəni irsi” - KONFRANS

16:40 01-11-2022 | icon 460 | Cəmiyyət
“Qarabağın tarixi – mədəni irsi” - KONFRANS

Bu gün, noyabrın 1-də Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində “Qarabağın tarixi – mədəni irsi” adlı Respublika elmi konfransı keçirilib.

 

Versus.Az xəbər verir ki, Konfransda Milli Azərbaycan Tarixi Muzeyi (MATM) ilə yanaşı Respublikanın müxtəlif muzey, ali məktəb və digər elmi müəssisələrinin əməkdaşları, tədqiqatçılar, tarixçi alimlər, elmi işçilər iştirak ediblər.

 

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı və iştirakçılar şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

 

Konfransı giriş sözü ilə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı açaraq, MATM-də Qarabağın tarixi-mədəni irsinin tədqiqi və təbliğinə böyük diqqət ayrıldığını, bu istiqamətdə elmi işlərin mütəmadi davam etdiyini bildirib. O, 44 günlük Vətən Müharibəsindəki zəfərdən sonra isə bu tədqiqatların genişlənməsinə daha çox imkan yaratdığını qeyd edib və konfransın iştirakçılarına müvəffəqiyyət arzulayıb.

 

Sonra Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, tarix elmləri doktoru Əliyeva Nərgiz “Bir açarın izi ilə”; Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti, t.ü.f.d. Məmmədov Aydın “XIX əsrdə Şimali Azərbaycanda baş verən siyasi proseslərin Şuşanın demoqrafik vəziyyətinə təsiri XXI əsr Azərbaycan tarixşünaslığında”; Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi-fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə dokoru, dosent Quluzadə Nasir “Qarabağın maddi mədəniyyətinin öyrənilməsində Dolanlar arxeoloji kolleksiyasının əhəmiyyəti”; AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əliyeva Afaq “Siyasi repressiya qurbanlarından biri - Firidun bəy Köçərli” mövzularında məruzə ilə çıxış ediblər. Daha sonra konfrans öz işini iki seksiya üzrə davam etdirib. Konfrans çərçivəsində “Qarabağ tarixinin muzey kolleksiyalarında təbliği məsələləri”, “Qarabağın tarixi”, “Qarabağın arxeoloji tədqiqi”, “Qarabağın etnoqrafiyası”, “Qarabağın mədəni irsi” mövzusunda 30-a yaxın tarixçi alim, muzeyşünas, elmi işçinin məruzələri dinlənilib. Məruzəçilər İştirakçılar tərəfindən verilən suallara ətraflı cavab veriblər.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR