İranın 5 yerə parçalanma TƏHLÜKƏSİ

10:33 04-11-2022 | icon 405 | Geopolitika
İranın 5 yerə parçalanma TƏHLÜKƏSİ

Fuad Əliyev: "Onun təxribat planları burada baş tutmayacaq"

 

"İranın kəşfiyyat xidmət orqanlarının Azərbaycanda planlı şəkildə iş aparması zaman-zaman faktlarla sübuta yetirilib. Ancaq güc strukturlarımız, hüquq-mühafizə orqanlarımızın çevikliyi, ayıqlığı nəticəsində onlar ifşa olunublar".

 

Versus.Az xəbər verir ki, bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ötən gün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa etməsinə münasibətində deyib.

 

Qeyd edib ki, DTX-nin yaydığı məlumatda ən çox diqqət çəkən və müzakirə olunan isə İranın Azərbaycandakı səfirliyinin bu silahlı birləşmə ilə əlbir olmasıdır. Belə ki, Fəqan Sədrəddin oğlu Məmmədovun İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsi faktı üzə çıxıb.

 

ALDP sədri deyib ki, bu məsələdə İranın Azərbaycandakı səfirliyinin əli olması mütləq araşdırılmalıdır:

 

"Bunun özü beynəlxalq diplomatik qaydalara ziddir. Səfirliyin susması maraqlıdır. Əgər məlumatda deyilənlər yalandırsa, o zaman səfirlik dərhal cavab verməliydi. Vermirsə, deməli, yazılanlar düzdür. Onsuz da İran Azərbaycana qarşı məkrli siyasət yürüdür. Xüsusilə də 44 günlük müharibədən qələbəmizdən sonra".

 

Fuad Əliyev onu da qeyd edib ki, yaxşı olardı, İran daxilindı baş verən hadisələri diqqətdə saxlasın, başqa ölkələrdə təxribat yaratmaq cəhdində olmasın:

 

"Azərbaycan İran üçün Livan, Suriya, İraq deyil. Tehran dərk etsin ki, qonşusu Azərbaycan regionda ən güclü dövlətdir. Onun təxribat planları burada baş tutmayacaq. Bir də unutmasın ki, Güney Azərbaycanda 40 milyon soydaşımız yaşayır. Ayağa qalxsalar, İran beş yerə parçalana bilər".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR