“Bloqqer, çəkdiyi cəza müddəti tamam olandan sonra azadlığa çıxacaq”
Hakimiyyət istəsəydi mitiqə icazə verməzdi. Amma beynəlxalq ictimaiyyətin sərt təpkisi onu yanlışlıqdan geri döndərdi. Mehman Hüseynovun cinayət işi ilə bağlı geri çəkilmədə xarici faktor vacib rol oynadı.
Bu barədə Versus.Az-a AMİP yetkilisi Əli Orucov bildirib.
Onun fikrincə, Mehman Hüseynov barəsində sonradan açılan qondarma cinayət işi hakimiyyətin səhvi olub.
Ə.Orucov bildirib ki, bu səhv həm müxalifətin, həm də beynəlxaql təşkilatların iqtidara təzyiq göstərməsi üçün onlara güclü imkan qazandırdı və bu fürsət dəyərləndirildi.
“Görünür kimlərsə "qaş düzətmək əvəzinə, göz çıxartdılar”.
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”