“Mehmanın azadlığa çıxması siyasi işbazları məyus edəcək”  

17:10 22-01-2019 | icon 490 | Siyasət
 “Mehmanın azadlığa çıxması siyasi işbazları məyus edəcək”  
 
 
 
 

 

Versus.Az Modern.Az-a istinadən xəbər verir ki, Azərbaycan Milli Məclisin deputatları Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq Mehman Hüseynov barəsindəki əlavə cinayət işinin icraatına xitam verilməsinə münasibət bildiriblər.

 

Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Mehman Hüseynova qarşı aparılan istintaqın Prezident tərəfindən nəzarətə götürülməsi Azərbaycan əlehinə yaxından və uzaqdan idarə olunan bəzi oyunların və ssenarilərin qarşısını almış oldu:

“Yəqin ki, Mehmanın azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək".

 

Milli Məclisin deputatı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib ki, Mehman Hüseynov adlı gənc bir məhbusun işindən xaricdəki müəyyən qüvvələr siyasi şou düzəldərək, Azərbaycan dövlətinə qarşı siyasi təzyiq aləti kimi istifadə etməyə çalışdılar:

“Amma bu, baş tutmadı. İlk növbədə həmin gəncin özü bu kampaniyada iştirak etmək istəmədi və onun adından istifadə edilməsinə etiraz etdi. Digər tərəfdən isə bir vətəndaş kimi hüququndan istifadə edərək, dövlət başçısına müraciət ünvanlayıb, bu məsələyə müdaxilə edilməsini istədi. Cənab Prezidentin hüquq-mühafizə orqanlarına tapşırığından 1 gün sonra isə Mehman Hüseynovun gənc olduğu, ailə ilə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alınaraq onun barəsindəki cinayət işinə xitam verildi.  Bunun özü də göstərir ki, Azərbaycan dövləti hər bir vətəndaşının qayğısına qalır.  Azərbaycanda istənilən problem hüquqi müstəvidə həll edilir. Humanistlik, vətəndaşın problemlərinə qayğı Azərbaycan dövlətinin, Prezidentinin fəaliyyətinin əsas qayəsidir”. 

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Mehman Hüseynov barəsindəki cinayət işinə xitam verilməsini ölkə başçısının humanist addımı kimi qiymətləndirib:

“Cənab Prezident hər zaman ölkə vətəndaşlarına xüsusi diqqət yetirir. Mehman Hüseynov ətrafında xoşagəlməz hallar baş verirdi. Ölkə daxilində müxalifət Mehman Hüseynov hadisəsini əllərində bayraq edərək, mitinqlərdə ölkə başçısına qarşı əsassız ittihamlar irəli sürüblər. Digər tərəfdən, Avropa İttifaqına daxil olan ölkələrin diplomatları onunla görüşdülər. Bəlli oldu ki, Mehman Hüseynovun saxlanması ilə bağlı hər hansı bir problem yoxdur. Bütün bunlar bir ssenarinin tərkib hissəsi kimi diqqəti cəlb edib.  Təəssüflər olsun ki, bu cür hallardan anti-Azərbaycan qüvvələri, eyni  zamanda ölkəmizdə fəaliyyət göstərən anti-milli qüvvələr istifadə etdilər. Yəqin ki, bundan sonra da bu və ya buna bənzər hadisələrdən çalışacaqlar ki, istifadə etsinlər”.

 

Deputat əmindir ki, Mehman Hüseynov azadlığa buraxılacaq:

“Hesab edirəm ki, o da özü üçün nəticələr çıxarıb. Ola bilsin ki, ona qarşı haqsızlıq da olub. Mən bunu bilmirəm. Çünki prosesin tam içərisində deyiləm. Əgər haqsızlıq olubsa, buna qətiyyən yol vermək olmaz.  Biz bu cür gənclərlə profilaktik tədbirlərə daha çox üstünlük verməliyik. Onların üzərində işləyən anti-milli qüvvələrin fəaliyyətini diqqətlərinə çatdırmalıyıq ki, öz potensialını, istedadını, gücünü Azərbaycan dövlətçiliyinə sərf etsinlər. Xüsusi olaraq  qeyd etmək istəyirəm ki, məmurlar, hüquq-mühafizə orqanları bu cür hallar baş verən zaman çox ehtiyatlı olmalıdırlar. Çünki yaranmış olan cüzi  bir situasiyadan Azərbaycanı sevməyən qüvvələr istifadə edə  bilməsinlər”.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Ötən il dekabrın dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanmışdı...

 

Həbsdəki bloger Mehman Hüseynov dünən - yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı müraciətdə barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunmasını xahiş edib.


Müraciətə dərhal reaksiya verən Prezident  İlham Əliyev Mehman Hüseynov barəsində açılan yeni cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Baş prokurora tövsiyə edib.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB